Icma.az
close
up
RU
525ci qəzet Dövlət Komitəsinin sədri Mingəçevir və Yevlaxda məscidləri ziyarət edib

525ci qəzet Dövlət Komitəsinin sədri Mingəçevir və Yevlaxda məscidləri ziyarət edib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mingəçevir şəhərində yerləşən “Heydər”, “Zəhra”, Mingəçevir kənd “Cümə” məscidlərini və Yevlax rayonu Havarlı kənd məscidini ziyarət edib.

Dövlət Komitəsindən 525.az-a verilən məlumata görə, Ramin Məmmədov ibadət yerlərində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı dini sahədə dövlət siyasətinin dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirib.

Dövlət Komitəsinin sədri dinin cəmiyyətdəki rolu və dini tolerantlığın təşviqi ilə bağlı fikirlərini bölüşərək, dövlətin dini icmalara dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyni vurğulayıb.

Komitə sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində Azərbaycanda tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər.

Görüş zamanı R.Məmmədov bu cür ziyarətlərin dini icmaların fəaliyyətini və onların ehtiyaclarını öyrənmək məqsədi daşıdığını, eləcə də dini icmalar ilə dövlət arasında əməkdaşlığı daha da gücləndirmək baxımından vacib olduğunu qeyd edib.

Müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini bildirən din xadimləri Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dini icmalara göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see157

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see116

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see116

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see115

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see115

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see115

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see110

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see110

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see109

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see109

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see109

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see109

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see109

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see109

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see109

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see108

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see108

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri