525ci qəzet Naxçıvan Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Naxçıvan Sağlamlıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə pulsuz onkologiya müayinələri və əməliyyatlar həyata keçirilib.
525.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Milli Onkologiya Mərkəzinin tanınmış həkim və mütəxəssisləri tərəfindən həyata keçirilən bu aksiya onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və müasir tibbi üsullarla müalicəsinin təmin olunması məqsədini daşıyır. Pulsuz müayinə və əməliyyatlar əhalinin sağlamlığının qorunması, xüsusən bədxassəli şişlərin erkən diaqnostikasına diqqət yetirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbir xüsusilə onkologiya sahəsində yüksək təcrübəyə və müasir texnologiyalara malik olan həkim və mütəxəssislərin birbaşa əhalinin xidmətində olması ilə fərqlənir.
Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssisləri Naxçıvan Sağlamlıq Mərkəzində həyata keçirilən müayinələrdə, onkologiya sahəsində ən son yenilikləri və müasir müalicə metodlarını tətbiq edərək, iştirakçılara ən yüksək keyfiyyətli tibbi xidmət göstəriblər. Həmçinin əməliyyatlar müasir cərrahi texnologiyalarla icra edilib, xəstələrin sağalmasına yönəlik ən müasir yanaşmalar tətbiq olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















