Icma.az
close
up
RU

525ci qəzet Naxçıvan Teatrı: yeni ilə yeni tamaşayla

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tamaşaçılarını daha bir maraqlı səhnə əsəri ilə sevindirəcək. Bu, rus dramaturqu Qriqori Qorinin dünyanın bir çox aparıcı teatr səhnələrində oynanılan məşhur "Herostratı unudun" əsəridir. Müəllifin eyniadlı əsəri əsasında hazırlanan tamaşa bu dəfə istedadlı rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnə təcəssümü tapacaq.

Maraqlı süjet xətti və dolğun məzmunu olan tamaşada hadisələr Efes şəhərində cərəyan edir. Səhnə əsərində eramızdan əvvəl 356-cı ildə dünyanın 7 möcüzəsindən biri sayılan Artemida məbədini yandıran bazar alverçisi Herostratın eşq macərasından, sərsəm xülyalarından, cinayət əməlindən bəhs olunur. O, insanların sitayiş ocağı olan məbədi yandırır və bu hərəkətinə görə həbs olunur. Şəhər əhalisi onun bu əməlindən qəzəblənir, edam olunmasını istəyirlər. Herostrat isə bu əməli diqqətləri üzərinə çəkmək, şöhrətlənmək, məşhur olmaq naminə etdiyini bəyan edir.

Bu məqsədlə o, müxtəlif vasitələrə əl atır, şəhərin sərxoş, tüfeyli təbəqəsinə gizli yolla içki pulu göndərir, papirus kağızlarında yazdığı təsiredici mətnləri yaymaqla çox sayda adamı öz tərəfinə çəkə bilir. Əsərdə baş verən hadisələr, eyni zamanda, o dövrdə cəmiyyətdə xaosun hökm sürdüyünə, qanunların boşluğuna, hətta terror hadisəsinə belə biganəliyə diqqət çəkir. Belə ki, Efes hökmdarı Tissafernin "Herostratı unudun" əmri əhali arasında yayılsa da, Herostrata rəğbət bəslənilir, hamı onu görməyə can atır. İnsanların bəziləri onun bu hadisəni məşhurlaşmaq üçün etdiyini desə də, çoxları onun məhəbbət macəralarına görə edam ediləcəyindən danışır. Bu rəğbət hətta Efes hökmdarının xanımı Klementinaya da sirayət edir.

Onun Herostrata heyranlığı tamaşada dolğunluğu ilə əks olunub. Bundan ruhlanan Herostrat edam olunmaqdan qorxmadığını iddia edir. Rahibə Erita İsə Herostratın edam olunmasına mane olur, onun tanrılar tərəfindən cəzalandırılacağına inanır. Hökmdar Tissafern xanımı Klementinanın Herostratla münasibətini bilən baş hakim Kleonu vəzifəsindən uzaqlaşdırılır və zindana qapıçı qoyur. Özü isə Herostratla görüşüb xanımı ilə olan münasibəti yaymaması üçün ona xəncər verərək zindandan qaçıb getməsinə şərait yaradır.

Əhali tərəfindən baş hakim seçilən Kleon qapıçı vəzifəsində olarkən də Herostratı cəzalandırmaq üçün hər cür vasitələrə əl atır və sonda özünə qarşı sui-qəsdin qarşısını alarkən məhbus Herostratı öldürür. Səhnə əsərində Xalq artisti Rza Xudiyev Tissofern, Əməkdar artistlər Əbülfəz İmanov, Behruz Haxverdiyev Kleon və daşyonan, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev Herostrat, Zəminə Məmmədova rahibə Erita, Səkinə Məmmədova isə Klementina, Zakir Fətəliyev Krisipp, Anar Eyvazov qapıçı obrazlarını canlandırırlar. Aktyorlardan Saynur Babayev və Xəlil Hüseynov gərgin situasiyalarla müşayiət olunan əsərdə obrazları məharətlə ifa edir, həyəcan dolu səhnələri dolğunluqla əks etdirirlər. Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı Azər Cəfərlidir. "Herostratı unudun" tamaşasının premyerası dekabrın son günlərində gerçəkləşəcək.

Adilə SƏFƏROVA

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, teatrşünas

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri