Icma.az
close
up
RU
525ci qəzet Onlar sadəcə binokl diplomatiyası deyil, silahlandırma ilə də məşğuldurlar Deputat

525ci qəzet Onlar sadəcə binokl diplomatiyası deyil, silahlandırma ilə də məşğuldurlar Deputat

Icma.az, 525.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin Rusiya mətbuatına müsahibəsində ən mühüm məsələlərdən biri sülh sazişi və sazişin imzalanması üçün hansı maddələrin razılaşdırılmaması, eyni zamanda Ermənistan tərəfin buna münasibətinin nədən ibarət olmasının şərhidir.

Bu barədə 525.az-a Millli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri  Arzu Nağıyev deyib.

“Dövlət başçısı qeyd etdi ki,  17 bənddən 15-i razılaşdırılıb, sülh sazişində çox ciddi irəliləyiş var. Sadəcə olaraq bir sıra şərtlər var ki, onları yerinə yetirmək çox mühüm məsələdir. Bunlardan biri təbii ki, beynəlxalq iddialardan kənarda dayanmaqdır. Məlum məsələdir ki, Azərbaycan tərəfinin 4 il ərzində araşdırması nəticəsində artıq ortada sənəd var ki, Ermənistan tərəfi Azərbaycana 150 milyard dollardan çox ziyan vurub. Əgər Ermənistan hər hansı bir iddia irəli sürərəsə, məhz bu fakt gündəmdə olacaqdır. Bu məsələlərdə qarşılıqlı razılaşmanın əldə olunması üçün addımlar atılmalıdır”, - komitə sədri bildirib.

Əlavə edib ki, naşqa bir şərt Ermənistanın öz Konstitusiyasını dəyişməsidir: “Ermənistan birmənalı şəkildə bunu etməlidir. Çünki həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları var, tək Azrbaycana deyil, digər dövlətlərə qarşı da belə iddialar mövcuddur. Konstitusiyanın dəyişdirlməsi ciddi və obyektiv bir şərtdir. Çünki hətta sülh sazişinin imzalanması Ermənistan parlamentində ratifikasiya olunsa, bu məsələnin əleyhinə səs vermək mümkündür. Ona görə də bu məsələni əvvəcədən həll etməlidirlər”.

Komitə sədri deyib ki, əsas şərtlərimizdən biri təbii ki, ATƏT-in Misnk qrupunun ləğvidir: “Bu qrup illərlə deklorativ bəyanatlar verməkdən o tərəfə keçməyib. Eyni zamanda, sülhün bərqərar olması üçün hər hansı bir addım atmayıb, sadəcə olaraq fəaliyyəti formal xarakterdə ancaq açıqlamalar vermək olub, Qarabağ məsələsinin həllində isə heç nə etməyib. Bunların məramı, məqsədi məhz müharibənin dayandırılması, eyni zamanda sülhün bərqərar olması idisə, biz bunu artıq özümüz həll etmişik,  BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirmişik. Həmin qrupda təmsil olunun dövlətlər, xüsusilə Fransa hər zaman Ermənistanın tərəfində olub. Yəni, Minsk qrupu öz funksiyasını itirib, lakin buna baxmayaraq ermənilər ciddi-cəhdlə çalışırlar ki, Minsk qrupunun həmsədrliyi qalsın, guya ki, sülh müqaviləsinin imzalanmasını benəlxalq səviyyəli hansısa bir qurumun vasitəsilə həyata keçirsin. Biz bunun tam əleyhinəyik, Ermənistan da bunu ciddi şəkildə düşünməlidir. Bizim əsas şərtlərimiz bundan ibarətdir – Konstitutsiya dəyişikiyi, Minsk qrupuna hüquqi cəhətdən son qoyulması”.

Deputat başqa bir mühüm məsələ olaraq silahlanmanı, sərhəddəki missiyanı vurğulayıb: “Təsəvvür edin ki, sərhədə yığılan vizual kəşfiyyatçılar həm də hücum silahları gətirirlər, onlar sadəcə binokl diplomatiyası deyil, silahlandırma ilə də məşğuldurlar. Bu da məlum məsələdir ki, əsas şərtlərimizdən biridir ki, həmin silahlı qüvvələr ordan yığışdırılmalıdır Əks halda, bizim öz suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün hərtəfli imkanlarımız var”.

Deputat əlavə edib ki, Ermənistanın hərbi büdcəsi 1,7 milyard dollar nəzərdə tutulub: “Lakin burda istər Fransadan, istər Hindistandan, istər Yunanıstandan və Ermənistanın havadarları olan digər dövlətlərdən gətirilən silahlar, onların vəsaitləri nəzərə alınmır. Görün onlar hansı addımları atır və hansı militiarist  büdcə ilə məşğuldurlar. Ona görə düşünürəm ki, əgər 2026-cı ildə Emənistanda keçiriləcək seçkiləri də, Paşinyan hakimiyətini də nəzərə alsaq sülh sazişinin imzalanması məhz bizim diktə etdiyimiz, ortaya qoyduğumuz şərtlərdən keçəcəkdir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri