Icma.az
close
up
RU
525ci qəzet “Qarabağ”ın qələbəsinə nə mane ola bilər? İlqar Tağıyev yazır

525ci qəzet “Qarabağ”ın qələbəsinə nə mane ola bilər? İlqar Tağıyev yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlqar TAĞIYEV

“Qarabağ”ın bütün oyunlarında olduğu kimi, İsveç səfərindən də ancaq qələbə gözləyirik. Budəfəki rəqib çoxlarına zəif görünə bilər. Amma müasir futbolda zəif rəqib anlayışı çoxdan yoxdur. “Elfsborq” kifayət qədər təhlükəlidir. Detallara varmamışdan əvvəl 1-2 kəlmə “Qarabağ” haqda...

Komandamızın turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. 5 oyundan 3 xalla 28-ci pillədə qərarlaşıb. Növbəti uğursuzluq böyük ölçüdə “pley-off” şanslarının itməsi deməkdir.

Komandamızın qalib gəlməsinə bir neçə amil mane ola bilər.

Birincisi, səfər amili və yol yorğunluğu. Üstəlik, “Qarabağ” hazırda 3 cəbhədə mübarizə aparması. Düzdür, Qurban Qurbanovun ixtiyarında xeyli səviyyəli futbolçu var və fərqli turnirlərdə heyətdə rotasiya edə bilir. “Elfsborq” isə əksinə, bu baxımdan daha rahatdır. Çünki İsveç birinciliyi başa çatıb və komanda tam olaraq ilin sonuncu oyununa konsentrasiya olunub.

İkincisi, hava şəraiti. İsveçdə oyunun keçiriləcəyi vaxt Boras şəhərində 2-6 dərəcə şaxta gözlənilir. Qar yağma ehtimalı azdır. Təbii ki, mülayim Bakı havasında oynamaq daha rahatdır, nəinki şaxtalı havada.

Üçüncüsü, meydanın süni örtüklü olması. Təbii örtüklü meydanda daha rahat oyun sərgiləyən komandamız süni örtüklü meydanda müəyyən narahatlıqlar yaşaya bilər.

Dördüncüsü, rəqibin evdə çox təhlükəli olması. Sübut kimi Avroliqadakı 4 xalın hamısının evdə qazanmalarını, “Roma” kimi nəhəngi məğlub etmələrini göstərmək olar. Həm də komanda oktyabrdan bəri ev oyunlarında məğlub olmayıb.

Nəhayət, beşincisi, müdafiə xəttində itkilər. Medina və Aleksey İsayevin zədə səbəbindən oyunu buraxacağı əvvəldən məlum idi. Tərs kimi dünənki məşqdə Bəhlul Mustafazadə də sıradan çıxıb. Düzü, İsayevi ciddi itki hesab etmək olmaz. Avrokubok oyunlarında əsas heyətdən kənarda qalan İsayevin mövqeyində daha hazırlıqlı futbolçularımız var. Amma Medina və Bəhlul kifayət qədər ciddi itkidir. Güman ki, Qurban Qurbanov start heyətində stopper kimi Bədavi Hüseynov Mateus Silvaya güvənəcək. Fors-major halda Toral Bayramov və ya Abbas Hüseynovu da müdafiənin mərkəzinə çəkə bilər. Yaxşı ki, digər mövqelərdə hər şey qaydasındadır.

Fikrimcə, sadalananlar “Qarabağ”ın qələbəsinə mane olmayacaq. Çünki komandamızın lehinə olan amillər də az deyil. Məsələn, səfər görüşlərində daha inamlı təsir bağışlaması. “Bodo Qlimt” üzərində qələbəni misal gətirim. Bundan başqa və ən əsası məşqçi təcrübəsi. Qurban Qurbanovla rəqibin 32 yaşlı məşqçisi Oskar Hilyemarkı müqayisə etmək gülünc olardı. Oskar məşqçiliyə yeni başlayıb. Qurban Qurbanov isə bu sahədə köhnələrdəndir və Avropa səhnəsində xeyli təcrübəsi var.

Heyət baxımından rəqiblə səviyyə demək olar ki, eynidir. “Transfermaket” “Qarabağ”ın futbolçularını 20, “Elfsborq”un oyunçularını isə 26 milyon avrodan bir qədər çox qiymətləndirir. Rəqibin heyətində təhlükəli legionerlər az deyil. Nigeriyalı İbrahim Buhari, qanalı Terri Veqbe, onun həmyerlisi Timoti Nur Ouma, islandiyalı Andri Fannar Baldursson... Xüsusilə, qanalılar Mixael Baydu və 19 yaşlı Jalal Abdulay, əgər oynayarlarsa, komandamıza başağrısı ola bilərlər.

Qələbəyə mane ola biləcək daha bir amil bəxtsizlikdir. Hansı ki, bu il Avroliqada keçirilmiş 5 oyunun 3-də “Qarabağ”ın məğlubiyyətinin əsl səbəbi məhz şanssızlıq idi. “Qarabağ” bu oyunda qalib gəlməklə “pley-off” şansını xeyli artıracaq. Əks- təqdirdə...

Pisi fikirləşməyək, ümid edək ki, bu dəfə bəxt də, qələbə də tərəfimizdə olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri