Icma.az
close
up
RU
525ci qəzet “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” təqdim olunub

525ci qəzet “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” təqdim olunub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 23-də Gəncliyə Yardım Fondunun konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Rəşad Məcid- 60” adlı tədbir və “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” kitabının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, oxucular və jurnalistlər iştirak ediblər. 

Tədbirin aparıcısı, gənc yazar Ayşən Rəhim mərasimi açaraq qonaqları salamlayıb və kitab haqqında məlumat verib. Bildirilib ki, kitab Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcidin 60 illik yubileyinə həsr olunub. Kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, AYB-nin Gənclər Şurasının katibi, Prezident təqaüdçüsü, yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, yazıçı Şəfa Vəlidir. DGTYB-nin təşəbbüsü, “Xan” nəşriyyatının dəstəyilə çap olunan kitabda R.Məcidin həyat və yaradıcılığından bəhs olunur.

DGTYB başqanı, şair-publisist, kitabın ön söz müəllifi İntiqam Yaşar çıxışında Rəşad Məcidi 60 illik yubileyi münasibəti ilə təbrik edib, bu nəşrin hər zaman gənc nəslə öz dəstəyilə seçilən Rəşad Məcidə gənclərin töhfəsi olduğunu vurğulayıb. 

Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Bakı Dövlət Universitetinin (BDU) Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, millət vəkili, şair-publisist Elçin Mirzəbəyli, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Hədəf Şirkətlər qrupunun qurucusu, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini, tərcüməçi, ədəbiyyatşünas Seyfəddin Hüseynli, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Rəşad Məcid yaradıcılığı və şəxsiyyəti haqqındakı yüksək fikirlərini dilə gətirib, onu yubiley yaşı, müəllifləri isə yeni kitab münasibəti ilə təbrik ediblər. 

Qiraətçi Müşfiqə Baləddin Rəşad Məcidin “Çiyələk qadın” şeirini səsləndirib. 

Şair İlqar Türkoğlu Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi "Atatürk" medalını, İntiqam Yaşar isə DGTYB-nin yubiley medalını Rəşad Məcidə təqdim ediblər. 

Kitabın həmmüəllifləri Şahanə Müşfiq və Şəfa Vəli çıxış edərək kitabın yazılma prosesindən danışıblar. Bildirilib ki, kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun doğmaları - ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsilə dolğun məlumatlar alacaq, qəhrəmanımızı şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması da nəşrin əsas qayələrindəndir.

Sonda çıxış edən şair, publisist Rəşad Məcid “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” kitabını onun yubileyinə olan ən gözəl hədiyyələrdən biri kimi dəyərləndirib, müəlliflərə, nəşrin çapında əməyi olan hər kəsə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri