Icma.az
close
up
RU
525ci qəzet Qələmsiz yazılanlar Rəşad Məcidin statusesseləri

525ci qəzet Qələmsiz yazılanlar Rəşad Məcidin statusesseləri

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Bakı məsuliyyətli bir tədbirin keçirilməsinə hazırdır. Bu gün COP29 üçün qeydiyyat sənədini götürərkən Olimpiya stadionunda yüksək təhlükəsizlik və təşkilatçılıq olduğunu müşahidə etdim. Ətrafda müxtəlif ölkələrdən gələn qonaqlar, iştirakçılar qaynayırdı. Könüllülərin və çalışan əməkdaşların yüksək diqqəti, mədəni, incə rəftarı diqqət çəkirdi. Könüllülərin geyimləri üçün seçilmiş açıq yaşıl rəng isə ilk bahar ovqatı yaradırdı. COP29-un beləcə yaz təravətli xoş ovqatla keçəcəyindən, dünyamızın gələcəyi naminə bir çox vacib qərarların qəbul olunacağından əminik. Uğurlu olsun!

lll

Deyilənə görə, Kür çayı axırıncı dəfə təxminən 100 il əvvəl donubmuş. Üstündən araba ilə o üz-bu üzə keçirlərmiş. Bu barədə mənə Xalq şairi Fikrət Qoca danışmışdı, babasının söhbətlərini xatırlarkən.

lll

ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması ölkəmizin teleməkanı üçün mühüm hadisədir. Həm bu hadisəni, həm də dəyərli həmkarımız Rüfət Həmzəyevin telekanala rəhbərlik etməsini yüksək qiymətləndirirəm. Mən onu istər media forumlarında aparıcı, istərsə də müxtəlif ingilisdilli tədbirlərdə iştirakçı kimi dəfələrlə müşahidə etmişəm, peşəkarlığına bələdəm. AzTV-dəki səmərəli fəaliyyətindən də xəbərdaram. Bildiyimə görə, yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırmağa müvəffəq olub. Bəri başdan bu münasibətlə həmkarımızı təbrik edirəm.

Müxtəlif vaxtlarda ayrı-ayrı xarici ölkələrdə, xüsusən də Orta Asiya respublikalarında ingilis dilində telekanalların fəaliyyət göstərdiyini görmüşdüm və bu tipli media subyektlərinin bizdə də olmasını çox arzulamışdım. Sevindirici haldır ki, artıq bizdə də bilavasitə ingilis dilində yayımlanacaq TV kanalı olacaq.

Hamımıza məlumdur ki, hazırda beynəlxalq miqyasda Azərbaycana qarşı aktiv dezinformasiya kampaniyası aparılmaqdadır. İnformasiya müharibəsi günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyev də çıxışlarında bu məqama dəfələrlə toxunub, müxtəlif detalları müfəssəl şəkildə açıqlayıb, saxta xəbərlərlə, insinuasiyalarla mübarizənin zəruriliyini əsaslandırıb. Dövlətimizin başçısı çıxışlarında, həmçinin, jurnalistlərin xarici dil biliklərinin artırılmasına da böyük önəm verdiyini bildirib. Heç şübhəsiz, bu, informasiya təhlükəsizliyimizin təminatı baxımından vacib amildir. Hesab edirəm ki, yeni ingilisdilli telekanal bu baxımdan müstəsna rol oynayacaq, qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. Əminəm ki, belə bir media orqanının fəaliyyətə başlaması, ümumən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, obyektiv mövqeyimizin müdafiəsi xüsusunda da öz sözünü deyəcək.

Yeni yaranan kanalın rəhbərliyinə və kollektivinə çətin, məsuliyyətli yolda uğurlar arzulayıram. İnanıram ki, onlar bu etimadı yüksək səviyyədə doğruldacaq, ANEWZ-u beynəlxalq miqyasda tanınan, etibarlı media subyekti kimi təsdiqləməyi bacaracaqlar.

lll

Noyabrın 9-u müasir Azərbaycan publisistikasının usta nümayəndələrindən biri, Əməkdar jurnalist, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncayın növbəti yubiley yaşı tamam olur. Bu münasibətlə İradə xanımı ən xoş arzularla ürəkdən təbrik edir, cansağlığı və bol-bol yaradıcılıq uğurları diləyirəm.

Jurnalist kimi fəaliyyətə əvvəlcə televiziyadan başlayan, sonradan yazılı mətbuatda çalışan İradə Tuncay istər telekanallarda müəllifi olduğu verilişləri, istərsə də mətbuatda dərc olunan çoxsaylı yazıları ilə çağdaş jurnalistikamızın və publisistikamızın ən yaddaqalan nümunələrini yaradıb. Onun xüsusilə müstəqillik illərində telekanallarda efirə gedən verilişlərində ən fərqli mövzulara geniş dünyagörüşünə, dərin savada, zəngin biliyilə əsaslanan yanaşmasına, səsləndirdiyi dopdolu, yüklü cümlələrindən ibarət mətnlərindəki dərin qatlı fikirlərə bir tamaşaçı kimi dəfələrlə heyranlıq duymuşam. Sonrakı dönəmdə isə dərin intuisiyası, müşahidə qabiliyyəti, həssaslığı ilə də seçilən İradə xanımın mətbuatda çoxsaylı publisistik yazıları dərc olunmağa başladı. Mən əvvəllər TV ekranlarından eşitdiyim, amma sürətli nitqi, həyəcanlı ifadə tərzi üzündən bir çox hallarda çatdırıb hamısını həzm edə bilmədiyim o cümlələri bu dəfə təkrar-təkrar gözlə görmək, oxumaq imkanı qazandım və yenə də heyran qaldım. İradə xanımın yazılarını ötəri, üzdən oxumaq olmaz, onun hər yazısında alt qatlar, gizli laylar, görünməyən məqamlar var və o yazılar bizi düşündürür, beynimizi yormamaq üçün haqqında fikirləşmək istəmədiyimiz dərin mətləblərə toxunur. İradə xanımın yazdıqları həm də gözəl bədii ədəbiyyat nümunələridir. Bu yazılar öz bədii siqləti, obrazlılığı, təsir gücü, dərin alt qatları ilə çağdaş ədəbiyyatımızın ən dəyərli nümunələri sırasındadır. İradə xanım sosial şəbəkədə də fəaldır. O, burada da tarixin dərin qatlarına varmaq, oxucularını, izləyicilərini maarifləndirmək, öyrətmək və şərh etmək missiyasını eyni səviyyədə yerinə yetirir.

İradə Tuncayı ötən əsrin səksəninci illərindən tanıyıram. Təxminən bu 40 ildə onunla söhbətləşməyə, reaksiyalarını, təpkilərini, sevincinin və qəzəbinin səbəblərini müşahidə etməyə çox imkanım olub; bəzən ən adi, sakit söhbətlərdə də hadisələr və insanlar haqqında dərin müşahidələrə əsaslanan elə dəqiq fikirlər söyləyir ki, heyrətindən donub qalırsan.

Son bir neçə ildir ki, İradə xanım yazılarına ara verib. Halbuki naşılığın və qeyri-peşəkarlığın mediada ayaq açdığı indiki dövrdə İradə Tuncay kimi peşəkar qələm sahibinin yazılarına daha çox ehtiyac duyulur. Bu əlamətdar gündə İradə xanımı bir daha ürəkdən təbrik edir, şövqünün, enerjisinin, gücünün və yazmaq ehtirasının heç zaman azalmamasını arzulayıram.

Yubiley yaşınız mübarək, əziz və dəyərli İradə xanım!

lll

Müqəddəs Müəllim adını daşıyanların önündə əyilir, ehtiramımı bildirirəm!

Bayramınız mübarək, əziz Müəllimlər!

lll

İpək Məcid Kitab sərgisinə dəstək olmağa gəldi: "Baba, bəs Şahbaz bəy deyir sərgiyə az adam gəlir? Burda tərpənməyə yer yoxdu axı".

lll

Aqil Abbasla Ağcabədiyə gedirik. Sürücüyə deyir, Rəmişdən, Qədirdən bir şey qoy, qulaq asaq. O da Aşıq Ədalətlə Rəmişin birgə ifasını tapdı. Dinləməmişdim. Qeyri-adi bir bəhsləşmə, deyişmədir.

Dünya dəyişir, Aqil Abbasın dəyərləri dəyişmir. Yaxşı da ki dəyişmir. Məmməd Arazın sözüylə desək, "od kimi, su kimi köhnədir". Belə insanlar həmişə saf və istiqanlı olurlar.

lll

Bir kəlmə xoş sözlə insanlarda nikbin ovqat yaratmaq mümkündürsə, niyə bunu əsirgəyək ki?

lll

Şəhərlər milli çalarlarını itirirlər. Böyük şirkətlərin reklamları onları biri-birinə bənzədir.

lll

Hissiz-duyğusuz, mərhəmət və empatidən uzaq adamların önə çıxarılması yəqin post-insan dövrünə hazırlıqla bağlıdır. Əgər 50 il sonra insanın yer üzündə dominant olmayacağını əminliklə söyləyiriksə, deməli, "şəriklərimizin" hakimiyyətinə, idarəçiliyinə də öyrəşməli və hazır olmalıyıq.

lll

Hamıyla dil tapmaq, hamının dilini bilmək gözəl keyfiyyətdir. Düzdür, istedad, enerji, səbr tələb edir. Zorakılıqdansa çalışıb dil tapmaq daha yaxşıdır.

lll

Hörmətli Vilayət Quliyev həmişəki kimi mühüm tarixi əhəmiyyət daşıyan hadisələrə biganə qalmayaraq bu dəfə "Son məskəni İstanbul olan azərbaycanlılar" kitabı barədə fikirlərini bölüşüb.

Vilayət müəllim "İstanbuldakı Azərbaycan Baş konsulluğunun yüksək səviyyədə təqdimatını keçirdiyi və həqiqətən də belə mərasimə layiq olan bu qiymətli kitabı" İstanbulda Azərbaycan Baş konsulluğunun mövcud olduğu 32 il ərzində həyata keçirilən ən mühüm tarixi-mədəni layihələrdən biri adlandırıb. Mötəbər nəşrin işıq üzü görməsinin səbəbkarlarına və bütün əməyi olanlara minnətdarlığını bildirən Vilayət Quliyev əsərin müəllifi - "səkkiz il ərzində Azərbaycanın və Türkiyənin arxivlərində, kitabxanalarda yorulmadan axtarış apararaq, ucsuz-bucaqsız İstanbulun müxtəlif səmtlərinə səpələnmiş məzarlıqları addım-addım dolaşaraq, mühacir ailələrinin həyatda olan üzvləri, yaxın və doğmaları ilə təmas quraraq bütün bu məlumatları toplayan, dəqiqləşdirən, sistemə salan gənc soydaşımız - 2016-cı ildən İstanbulda yaşayan araşdırmaçı-yazar, publisist, tanınmış kolleksiyaçı və kitabşünas Dilqəm Əhməd" barədə xüsusi danışıb və xoş sözlər söyləyib.

Kitab barədə düşüncələrini bölüşən müəllif həm də tariximizlə bağlı zəngin məlumatından, təcrübə və biliyindən qaynaqlanan təklif və mülahizələrini bildirib. Vilayət müəllimin yazılarında ilk baxışdan adi görünəcək sakit sitat və məlumatlarının dərinliyinə varanda alt qatlardakı təlatümləri və yanğını sezməmək mümkünsüzdür. Bu məqalədə də çoxlu belə məqamları görmək olar. Oxuyanlar hiss edəcək. Mən isə bunlardan birini misal gətirməklə həm bu dəyərli kitaba və yazıya diqqəti cəlb etmək, həm də bu layihəni gerçəkləşdirənlərə ehtiramımı bildirmək istədim:

"Üzeyir bəy "Nəyimizin vaxtıdır?" adlı məqaləsində cəmiyyəti sarmış süstlük, laqeydlik, ətalət hissindən gileylənirdi, məhz ürəyi yandığına görə millətin gələcəyi ilə bağlı bir qədər ümidsizlik ruhu aşılanmış həyəcan və narahatlığını açıq şəkildə dilə gətirirdi. Gənc həmkarının fikirləri ilə razılaşmaq istəməyən Ömər Faiq isə "Açıq söz" qəzetinin səhifələrində dərc etdirdiyi nikbinlik və inam dolu "İşığımız sönməyəcəkdir!" (20 yanvar 1916-cı il) adlı məqaləsində onu ruhdan düşməməyə çağıraraq yazırdı: "Hər dürlü, hüquqdan məhrum məmləkətimizdə belə ən cahil və həmiyyətsiz vaxtımızda adi mirzələrdən - Fətəli Axundovlar, ən fağır baqqal Məşədi Ələkbərdən - Sabirlər, Şamaxı mühitində əsir qalmış seyidlərdən - Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər yetişdirən bu millət işığının gələcəkdə gözlədiyimiz "haqq və ədalət" altında daha artıq parlayacağı "aşkar" deyilmi?"

lll

Kağızdan oxunan çıxışların effekti az olur; dinləyənlər yeknəsəq səs tonundan darıxır, fikirləri tam həzm edə bilmirlər. Görünür, fikrin çatdırılmasında dinamik tembr, səsdəki emosiya, bədən dili, jestlər və s. əsas rol oynayır. Birincidə çox vaxt bunlara imkan olmur.

lll

ARB24 kanalında tarix elmləri doktoru Həsən Həsənovla Atropatena tarixi ilə bağlı söhbəti çox maraqla dinlədim. Həsən müəllim sadə və aydın, inandırıcı arqumentlərlə danışır. Onun əzmkarlığı, şövq və enerjisi, gördüyü işə inamı nəticəsiz qala bilməz. Yoluxanlar çox olacaq. Söhbətlərin davamlı olması vacibdir. ARB24-də bu söhbətlərin davamlı olacağı təşəbbüsünü alqışlayır və getdikcə mövzunun daha çox tamaşaçı diqqətini cəlb edəcəyinə inanıram.

lll

Məncə, həm ədəbiyyat, həm kino, həm də teatr formasını dəyişməlidir. Bizim üçün nə qədər acı olsa da, indi insanları 3-4 saatlıq teatr tamaşalarında saxlamaq, saatlarla davam edən filmə baxmağa vadar etmək, kiməsə bir həftə boyunca hansısa romanı, yaxud yarım saat ərzində hansısa uzun hekayəni oxutdurmaq çətin məsələdir. İndi texnologiya, vaxt məhdudluğu onsuz da buna imkan verməyəcək. Bunun əksini təmin etmək üçün, gərək ki, yazarda informasiya baxımından yüksək hazırlıq, xüsusi bədii təfəkkür, dinamiklik olsun. Bu isə müşkül görünür və indiki dövrdə hər istedada nəsib olmur. Bəs nə etməli? Bunun üçün yaradıcı şəxs sürətli dövrün tələblərinə uyğunlaşmalı, proseslərin mütəhərrikliyi ilə ayaqlaşmalı, öz bədii həqiqətini daha qısa, yığcam və lakonik deməyə çalışmalıdır. Yazıçı bunu bacarmasa, uduzacaq: zamana da, oxucuya da, tamaşaçıya da.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see130

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see125

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see123

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see115

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see115

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see112

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see111

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri