Icma.az
close
up
RU
“Qələmli və qələmsiz” Rəşad Məcid portreti” təqdim olunub

“Qələmli və qələmsiz” Rəşad Məcid portreti” təqdim olunub

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Noyabrın 23-də Gəncliyə Yardım Fondunun konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Rəşad Məcid- 60” adlı tədbir və “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” kitabının təqdimat mərasimi keçirilib.

Turkustan.az xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, oxucular və jurnalistlər iştirak ediblər.

Tədbirin aparıcısı, gənc yazar Ayşən Rəhim mərasimi açaraq qonaqları salamlayıb və kitab haqqında məlumat verib. Bildirilib ki, kitab Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcidin 60 illik yubileyinə həsr olunub. Kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, AYB-nin Gənclər Şurasının katibi, Prezident təqaüdçüsü, yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, yazıçı Şəfa Vəlidir. DGTYB-nin təşəbbüsü, “Xan” nəşriyyatının dəstəyilə çap olunan kitabda R.Məcidin həyat və yaradıcılığından bəhs olunur.

DGTYB başqanı, şair-publisist, kitabın ön söz müəllifi İntiqam Yaşar çıxışında Rəşad Məcidi 60 illik yubileyi münasibəti ilə təbrik edib, bu nəşrin hər zaman gənc nəslə öz dəstəyilə seçilən Rəşad Məcidə gənclərin töhfəsi olduğunu vurğulayıb.

Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Bakı Dövlət Universitetinin (BDU) Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, millət vəkili, şair-publisist Elçin Mirzəbəyli, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Hədəf Şirkətlər qrupunun qurucusu, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, “525-ci qəzet”in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini, tərcüməçi, ədəbiyyatşünas Seyfəddin Hüseynli, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Rəşad Məcid yaradıcılığı və şəxsiyyəti haqqındakı yüksək fikirlərini dilə gətirib, onu yubiley yaşı, müəllifləri isə yeni kitab münasibəti ilə təbrik ediblər.

Qiraətçi Müşfiqə Baləddin Rəşad Məcidin “Çiyələk qadın” şeirini səsləndirib.

Şair İlqar Türkoğlu Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi “Atatürk” medalını, İntiqam Yaşar isə DGTYB-nin yubiley medalını Rəşad Məcidə təqdim ediblər.

Kitabın həmmüəllifləri Şahanə Müşfiq və Şəfa Vəli çıxış edərək kitabın yazılma prosesindən danışıblar. Bildirilib ki, kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun doğmaları – ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsilə dolğun məlumatlar alacaq, qəhrəmanımızı şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması da nəşrin əsas qayələrindəndir.

Sonda çıxış edən şair, publisist Rəşad Məcid “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” kitabını onun yubileyinə olan ən gözəl hədiyyələrdən biri kimi dəyərləndirib, müəlliflərə, nəşrin çapında əməyi olan hər kəsə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Noyabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri