Icma.az
close
up
RU
525ci qəzet Qərbin Gürcüstanı xaosa sürükləmək cəhdi

525ci qəzet Qərbin Gürcüstanı xaosa sürükləmək cəhdi

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Qərbin bütün cəhdlərinə, açıq müdaxilələrinə baxmayaraq, Gürcüstanda oktyabrın 26-da açıq və şəffaf şəkildə keçirilən parlament seçkilərində xalq öz seçimini edərək, hakim "Gürcü Arzusu" partiyasına yenidən etimad göstərdi. Seçkilərdən dərhal sonra ölkədə kütləvi aksiyalara başlamaqla iğtişaşlar, qarşıqlıq yaratmaq, vətəndaşlarla hakimiyyəti üz-üzə qoymaq istəyən Qərb qüvvələri yenə də öz niyyətlərinə çata bilmədilər. Üstəgəl, seçkilərdə guya saxtakarlığa yol verildiyini desələr də, ortaya hər hansı əsaslı faktlar qoya bilmədilər. Amma məlum idi ki, həmin pozucu qüvvələr Gürcüstanı qarışdırmaq, ölkəni Avropaya inteqrasiya, demokratiya adı altında çıxılmaz vəziyyətə salıb, öz marionetlərini nə yolla olursa-olsun, hakimiyyətə gətirmək planlarından əl çəkməyəcəklər. Çünki eyni plan digər ölkələrdə də həyata keçirib, həmin ölkələri xarabaya çeviriblər. Uzağa getmədən gözümüzün önündə Ukrayna nümunəsi var.

Qərb hələ xeyli əvvəldən Gürcüstanda bu ssenariyə hazırlaşıb, ölkə daxilində özünün şəbəkəsini yaradıb, gürcü cəmiyyətinə zidd olan dəyərləri sırımağa çalışıb. Həmin dairələr bütün bunları öz institutları, fondları vasitəsilə edib. Yardım, demokratik islahatlar, dəstək adı ilə ölkələrə nüfuz edən həmin institutların əsl məqsədi təbii ki, maraqlarını təmin etmək, dövlətləri tam şəkildə özlərindən asılı vəziyyətə salmaq, hakimiyyət çevrilişi, inqilablar üçün zəmin hazırlamaqdır.

Açıqlanan faktlardan məlum olub ki, Gürcüstanda qeyri-hökumət təşkilatları (QHT) Qərb donorlarından böyük miqdarda maliyyə dəstəyi alıb. Gürcüstan hakimiyyəti tərəfindən "Xarici agentlər haqqında" qanun qəbul edildikdən sonra ölkəyə qarşı ABŞ, Avropa İttifaqı tərəfindən təzyiqlər artıb, sanksiyalar və viza məhdudiyyətləri tətbiq edilib. Təbii ki, Qərb QHT-ləri maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurmaq, öz gündəliklərini qəbul etdirmək planını reallaşdırmağa çalışırdı, bunun üçün prosesin vətəndaş müharibəsi həddinə qədər çatdırılmasına gedirlər. QHT-lər vasitəsilə cəmiyyəti o qədər manqurtlaşdırırlar ki, bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu belə deyil.

Başqa bir məqam isə vurğuladığımız kimi, son illərdə Gürcüstanda Qərbin yad dəyərlərinin fəal şəkildə cəmiyyətə gətirilməsidir. İdeoloji əsasda gürcü xalqının milli kimliyi və qüruru, tarixi, adət-ənənələri arxa plana keçir, onun yerinə yad LGBT və ifrat sağçı qüvvələri ön plana gətirilir. Gürcü cəmiyyəti haqlı olaraq bu tendensiyanın inkişaf etdirilməsinə qarşı çıxır. 2024-cü ildə Gürcüstan parlamenti LGBT hüquqlarını məhdudlaşdıran qanun layihəsini qəbul etdi ki, bu qanun ailə dəyərlərinin qorunması üçün cinsiyyətin dəyişdirilməsi, homoseksual münasibətləri, LGBT-nin təbliğini nəzərdə tutan ictimai toplantılar və nümayişləri və s. qadağan edir. Təbii ki, bu da Qərb tərəfindən süngi ilə qarşılandı.

Gürcüstanda cərəyan edən hadisələrə nəzər salanda 2014-cü ilin Ukrayna ssenarisi göz önünə gəlir. Küçə döyüşləri, polisə qarşı zorakılıq və s. Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirilib və onların arasında silahlı təxribatçıların da olması istisna deyil. Etirazçıların onlar tərəfindən odlu silahla vurulması və sonra bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalı da gündəmdədir.

Yeri gəlmişkən, Qərb diplomatları da Gürcüstanın daxili işlərinə açıq müdaxiləni davam etdirir, hətta Avropa İttifaqının Gürcüstandakı səfiri diplomat olduğunu unudaraq özünü canişin kimi aparır. Qərb səfirləri və ölkələri demokratik seçilmiş hökumətə qarşı hidrid müharibə aparırlar. Bu gün Çini, Rusiyanı və digər ölkələri hibrid müharibələrdə günahlandıran Qərb özü Gürcüstanın daxili işlərinə qarışır.

Əlbəttə ki, baş verən hadisələr Gürcüstanın daxili işidir və kənar qüvvələr, ölkələr bu prosesə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdırlar. Gürcü xalqı Qərbin və xüsusən də Makronun agenti olan prezident Zurabaşvili (vaxtilə Fransa vətəndaşı olub və Fransa XİN-də çalışıb) ilə üz-üzə qalıb. Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi, Gürcüstan üçün də eyni ssenariləri cızır. Gürcü xalqı müdriklik nümayiş etdirməli və heç bir xarici qüvvənin əlində alət olmamalıdır.

Qərbin Gürcüstanı xaosa, vətəndaş müharibəsinə sürükləməsi təbii ki, bütövlükdə Cənubi Qafqazda sabitlik üçün təhlükəlidir, region üçün risklər, təhdidlər yaradır. Azərbaycan Gürcüstan ilə yaxın qonşu, dost dövlət, strateji tərəfdaş olaraq baş verənləri qəbuledilməz hesab edir. Ölkəmiz Gürcüstanda sabitliyin bərqərar olmasında maraqlıdır.

Görünən odur ki, Qərb Gürcüstanda formalaşdırdığı şəbəkəni ayağa qaldırıb, Avropadan gələn emissarlar bilavasitə prosesə nəzarət edirlər və vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirlər. Bəzi ölkələrdən (Baltikyanı) verilən bəyanatlar, atılan addımlar bunu göstərir. Gürcü xalqı bunu başa düşməli və oyuna getməməlidir.

Mövzu ilə bağlı "525"ə danışan Milli Məclisin deputatı Asim Mollazadə də hesab edir ki, nəticə Gürcüstan xalqı tərəfindən müəyyən edilməlidir: "Düşünmürəm ki, hansısa xarici qüvvələr, Avropa və yaxud Rusiya istiqamətdə əhəmiyyət kəsb edəcəklər. Gələcək Gürcüstan xalqının əlindədir. Xalq öz taleyini özü müəyyən edəcək. Proses gedir, biz istərdik ki, bu proses güc və zor istifadə edilmədən siyasi müstəvidə davam etdirilsin. Bütün prosesi siyasi müstəviyə gətirmək, dialoqa başlamaq, siyasi yollarla bu gərginliyi aradan qaldırmağa çalışmaq lazımdır. Xilas yolu bundadır. Hansısa güc istifadəsi bu proseslərdə vəziyyəti daha da gərginləşdirib, çox mənfi nəticələrə gətirib çıxara bilər".

A.Mollazadə əlavə edib ki, hər tərəfdən bəyanatlar verilir, amma bəyanatlarla məsələləri həll etmək mümkün deyil: "Xaricdən müdaxilə ilə yox, Gürcüstanın daxilində real dialoq, danışıqlar başlamaq, siyasi yolla problemləri aradan qaldırmaq lazımdır.

Kimlərsə düşünürlərsə ki, Avropa İttifaqı, ABŞ, Rusiya bu problemləri həll edə bilər, bu, yanlış fikirdir. Bu, ancaq faciələrə gətirib çıxara bilər, Gürcüstanın problemləri ölkə daxilində öz həllini tapmalıdır. Dialoqsuz, siyasi addımlarsız məsələnin həlli çox çətin olacaq. Ona görə Gürcüstanın xaricində olan çağırışlar bu ölkənin taleyini həll edə bilməz".

Deputat hadisələrin regiona təsirindən də danışıb. Onun sözlərinə görə, Azərbaycan hər bir halda Gürcüstala öz strateji tərəfdaşlığını qoruyub saxlaya bilər: "Bizi birləşdirən, bağlayan çox dəyərlər və maraqlar var. Ona görə Azıərbaycan səbirlə proseslərin həllini gözləyir. Azərbaycan hər bir halda Gürcüstan xalqına öz dəstəyini verməyə hazırdır. Çoxşaxəli əməkdaşlığımız var, bu, siyasi, təhlükəsizlik, iqtisadi nəqliyyat, enerji və digər sahələri əhatə edir. Əminəm ki, bunu Gürcüstanda hər bir tərəf, qarşıdurmada olan tərəflər çox gözəl bilirlər. Azərbaycanın marağı Gürcüstanda sabitlik, inkişaf istiqamətində addımlardır. Bu inkişafa, bu proseslərin həllinə ancaq siyasi yollarla nail olmaq zəruridir".

Politoloq Zaur Məmmədov isə bildirib ki, Gürcüstandakı siyasi parçalanma iki düşərgənin ölkənin xarici siyasətinə fərqli baxışları ilə bağlıdır. Parlament seçkilərindən sonra etirazlar olsa da, müxalifətin tərəfdarları onların istədikləri sayda deyildi: "Lakin bu günlərdə Baş nazir Kobaxidzenin "Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlük məsələsini dondurur" bəyanatı əvvəlki mitinqlərdən fərqli olaraq daha çox insanı meydanlara yönəltdi. Parlament seçkilərindən sonra bu kütlənin yarısı belə küçələrdə yox idi. Deməli, mitinqçilərin arxasında kimin olmasından asılı olmayaraq, bir həqiqəti demək lazımdır. Bu gün dünyada ən cəlbedici sayılan Aİ tərzində yaşam gürcülərin arzusudur. Lakin məlumdur ki, Aİ və Qərbin cəlbedici dəyərləri Avrasiyanın ortasında yerləşən qeyri-avropalılar üçün bəzən cənnət deyil, cəhənnəm gətirir. İndi, hamının sualı budur, küçədəki insanlar təbii yoxsa planlaşdırılmış ssenari üzrə iğtişaşlarda iştirak edir? Fakt odur ki, bu etirazların rəngli inqilabın ilkin şərtlərinə bənzəməsi ssenarisini nəzərdən qaçıra bilmərik. Qərb QHT-ləri və siyasi təşkilatları tərəfindən dəstəklənən müxalif qüvvələr əhalinin narazılığından fəal şəkildə istifadə edirlər. Müxalifət, Ukraynada olduğu kimi siyasi hakimiyyəti satqınlıqda və Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırır. Hadisələr, doğrudan da Ukraynada 10 il əvvəl baş verənləri xatırladır. Kobaxidze öz bəyanatında vurğulayıb ki, Ukrayna "Maydan"ı ssenarisi Gürcüstanda təkrarlana bilməz".

Politoloq deyib ki, Gürcüstan hakimiyyəti yaxın 2-3 gündə etirazları yatıra bilsə, vəziyyət sabitləşəcək: "Amma bir fakt göz qabağındadır. Ocağın altı yanır və onun alovlanması bu gün olmasa da, bir neçə il sonra baş tuta bilər. Deməli, ocağın özü ilə haqq-hesabı aparmaq lazımdır. Bu hadisələr, bir daha onu göstərir ki, hələ 2003-cü ildə Prezident İlham Əliyevin başladığı ideoloji daxili və xarici siyasət bizi hansı bəlalardan qurtardı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri