Icma.az
close
up
RU
525ci qəzet Hakimiyyət Gürcüstanı müdaxilələrdən qoruyacaq Baş nazir

525ci qəzet Hakimiyyət Gürcüstanı müdaxilələrdən qoruyacaq Baş nazir

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tərəfdaşlarımız Gürcüstanın müstəqilliyinə və suverenliyinə hörmət etməlidirlər.

525.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O deyib ki, hakimiyyət öz mövqelərini layiqincə müdafiə edəcək və ölkəni onun daxili işlərinə həddindən artıq müdaxilə cəhdlərindən qorumağa davam edəcək: “Bizim seçki şüarımız belə idi: “Yalnız sülhlə, ləyaqətlə, rifahla Avropaya doğru”. Ləyaqət burada əsas sözlərdən biri idi. Siyasətinizi ləyaqətlə aparmasanız, təbii ki, milli maraqlarınızı layiqincə qoruya bilməyəcəksiniz”.

Baş nazirin sözlərinə görə, hər yerdə prinsiplər nümayiş etdirmək vacibdir və kimsə ölkənin daxili işlərinə qarışmağa cəhd edərsə, hakimiyyət öz mövqelərini ləyaqətlə müdafiə etməlidir: “Xarici siyasətçilər və bürokratlar tez-tez bizim daxili işlərimizə açıq-aşkar qarışmağa və ölkəmizin necə inkişaf etməli olduğuna qərar verməyə çalışırlar, o cümlədən çox vaxt bizdən nəyisə istəyirlər ki, bu da birbaşa ölkəyə ən çətin problemləri öz əlimizlə gətirmək deməkdir”.

Gürcüstan hökumətinin başçısı nümunə kimi Rusiyaya qarşı sanksiyalar tələbini göstərib ki, onun fikrincə, bu, il ərzində ölkə iqtisadiyyatının ən azı 10% azalması deməkdir: "Bu, ölkə, insanlar, cəmiyyət üçün böyük fəlakət olardı. Belə müdaxilələr yolverilməzdir. Biz özümüzü gələcəkdə hər hansı həddindən artıq müdaxilə cəhdlərindən qoruyacağıq".

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri