Icma.az
close
up
RU
SİMA Tokenin hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradılıb

SİMA Tokenin hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradılıb

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC artıq hüquqi şəxslər və dövlət qurumları üçün "SİMA Token" elektron imzasını onlayn sifariş etmək imkanı yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, təxminən bir il əvvəl vətəndaşlar və sahibkarlar üçün təqdim edilən bu xidmətin imkanları genişləndirilib və indi bütün istifadəçilər www.sima.az saytı üzərindən "SİMA Token" elektron imzasını istənilən vaxt sifariş edə bilərlər. Bunun üçün dövlət qurumları və hüquqi şəxslər SİMA kabinetinə daxil olaraq "İşçilər" bölməsində rəsmi əməkdaşlarını görə və onların "SİMA İmza" və "SİMA Token" üzrə imzalama səlahiyyətlərini idarə edə bilirlər.

Əvvəlcə "Sifariş məlumatları" səhifəsində əməkdaş haqqında zəruri məlumatlar daxil edilir və məlumatlar tamamlandıqdan sonra müqavilə "SİMA İmza" ilə imzalanır. Ödəniş həyata keçirildikdən sonra "SİMA Token" sifarişinin icrasına başlanılır və istifadəçi "Ümumi sifarişlər" səhifəsində sifarişin statusunu mərhələlər üzrə izləyə bilir.

Hüquqi şəxslər üçün 3 illik "Token" imzasının məbləği 72 AZN, dövlət qurumları üçün isə 58 AZN təşkil edir.

"Sima Token" beynəlxalq standartlara uyğun, virtual məkanda şəxsiyyəti təsdiqləyən və qanunvericiliyə əsasən əl imzası ilə eyni hüquqi qüvvəyə malik gücləndirilmiş elektron imzadır. "SİMA Token"in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkarolunmazlıq prinsiplərinə əsaslanır. Bu imzadan elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka müraciətlərində, elektron məhkəmə sistemində, mobil notariatda, ƏMAS platformasında və bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri