Icma.az
close
up
RU
525ci qəzet “Qeyrisəlis məntiq və dilnitq” kitabının müzakirəsi keçirilib

525ci qəzet “Qeyrisəlis məntiq və dilnitq” kitabının müzakirəsi keçirilib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 24-də Azərbaycan Dillər Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Qeyri-səlis məntiq və nitq-dil” kitabının müzakirəsi keçirilib.

525.az xəbər verir ki, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, həmmüəllifi olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının elmi əhəmiyyətindən söz açıb.

Tədbirin aparıcısı, professor Qorxmaz İmanov bildirib ki, akademik Kamal Abdulla və professor Rafiq Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə enərək, bu nəzəriyyəni ictimai elm sahələrinə uğurla tətbiq etməkdədirlər. Müəlliflərin “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabından sonra qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” kitabı elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılanıb. Müəlliflər kitabda qeyri-səlis məntiqi dil və nitqə tətbiq edərək, müxtəlif fərqli yanaşmaları irəli sürərək intellektual bir araşdırma ortaya qoyublar.

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə tətbiqinin əhəmiyyətindən söz açıb, bu nəzəriyyənin dilin çoxqatlı məzmununu daha dəqiq ifadə etməyə imkan verdiyini bildirib. Qeyd olunub ki, “Qeyri-səlis məntiq və nitq-dil” kitabı qeyri-səlis məntiqin klassik məntiq çərçivəsindən çıxaraq, dilin təbii axarında necə təzahür etdiyini göstərir. Tədqiqatda dilin çoxmənalılığını araşdırılarkən, onun yalnız tək anlamlı deyil, həm də geniş perspektivlər yaratdığı göstərilir ki, bu yanaşma Azərbaycan elmi üçün yenilikdir.

Kitabın yazılma prosesindən bəhs edən akademik Kamal Abdulla son illər professor Rafiq Əliyev ilə birlikdə qeyri-səlis məntiq nəzəriyyəsini Azərbaycan ədəbi və elmi sahələrinə uğurla tətbiq etdiklərindən danışıb. Bildirilib ki, onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq nəticələr əldə etmiş, hər iki alimin birgə yazdıqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq, oxucular tərəfindən rəğbətlə qarşılanıb.

“Qeyri-səlis məntiq və nitq-dil” kitabının yazılma məramından bəhs edən Kamal Abdulla bildirilib ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun indiyə qədər sistemli öyrənilməməsi isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin olmasından xəbər verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə yeni bir dövr açmaq potensialına malikdir”.

Qeyd olunub ki, “Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir. Kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.

Tədbirdə çıxış edən akademik Əli Abbasov bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin dilə tətbiqi Azərbaycan elmi tarixində unikal bir hadisədir. Dil və nitq arasındakı əlaqələrin belə incəliklə öyrənilməsi dilçiliyin gələcək inkişafında mühüm rol oynayacaq. Bu kitab elmi ictimaiyyətə geniş imkanlar, yeni tədqiqat sahələri, perspektivlər açır. Məhz buna görə də bu fundamental tədqiqat təkcə elmi dairələrdə deyil, həm də geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanır.

“Qeyri-səlis məntiq və nitq-dil” kitabının aktual məzmunu və novatorluğu ilə diqqət çəkdiyini bildirən akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, təqdim olunan yeni kitab həm Azərbaycan dilçiliyi, həm də digər elm sahələri üçün mühüm töhfədir. Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini ön plana çıxarır. “Qeyri-səlis məntiq və nitq-dil” kitabı Azərbaycanın elm tarixində bir çox intellektual başlanğıcların mənbəyi ola bilər.

Akademik Vaqif Abbasov bildirib ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışıblar. “Qeyri-səlis məntiq və nitq-dil” kitabının elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini işıqlandırır, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır. Bu fundamental tədqiqat L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə dilçilik və digər sosial elmlərdə daha geniş tətbiq olunacağını işarələyir. “Qeyri-səlis məntiq və nitq-dil” kitabı bu nəzəriyyənin sosial elmlərdəki potensialını daha dərindən anlamaq üçün mükəmməl platforma təqdim edir.

Tədbirdə akademik Muxtar İmanov, professor İsmayıl Məmmədov, dosent Fəridə Hüseynova, professor Adil Babayev çıxış edərək bildiriblər ki, “Qeyri-səlis məntiq və dil-nitq” kitabı müəlliflərin dərin fəlsəfi düşüncələrinin və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarının bəhrəsidir. Bu fundamental tədqiqat həm elmi cameələr, həm də geniş oxucu kütləsi üçün intellektual fəlsəfi təcrübə təqdim edir. Kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni bir istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, Azərbaycan dilçilik elminə mühüm töhfə verir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri