Icma.az
close
up
RU
525ci qəzet Dilin və nitqin fəlsəfəsi qeyrisəlis məntiq işığında

525ci qəzet Dilin və nitqin fəlsəfəsi qeyrisəlis məntiq işığında

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə tətbiqi sahəsində son dövrlərdə elmi cameədə geniş müzakirələr aparılır, yeni akademik nəticələr əldə edilir. Bu mənada Xalq yazıçısı, akademik Kamal Abdulla ilə Akademiyanın müxbir üzvü, professor Rafiq Əliyev tandeminin birgə fəaliyyəti nəticəsində qeyri-səlis məntiq nəzəriyyəsinin humanitar və sosial elmlərə uğurlu tətbiqini araşdıran əsərlərin ərsəyə gəlməsi həm elmi, həm də ictimai fikirdə yenilik kimi qəbul edilir, fərqli elmi-nəzəri konsepsiya tərzində qiymətləndirilir. İlk cəhd kimi müəlliflərin ərsəyə gətirdiyi "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" (Bakı, TEAS, 2023) əsərində bu məsələlərə fundamental yanaşma sərgilənmiş, cümlə və söz daxilində geniş yaradıcı məqamlar aşkarlanmış, onun dərin təhlili və araşdırılması aparılmışdır. Kitabda yeni elmi-nəzəri sistem irəli sürülmüş, dildə baş verən sinergetik məqamlara diqqət çəkilmişdir. Beləliklə, ədəbiyyat və dilçilik elmində yeni sistemin, fərqli düşüncə və akademik yanaşmanın əsası qoyulmuşdur. Kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən coşqu ilə qarşılanmış, qısa müddətdə Azərbaycanda üç dəfə təkrar nəşr edilmiş, eyni zamanda Türkiyədə və Almaniyada nəşr edilərək geniş yayılmışdır. Hal-hazırda ingilis dilində çapı gözlənilir.

"Sim-Sim" nəşriyyatında 2024-cü ildə işıq üzü görmüş bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq dilçilik obyekti dilə-nitqə tətbiq edilmişdir. Kitabın ön sözünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları - professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, professor İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.

Bu kitab bizə xeyli nəsnələri aşkarlayır, daim yaşadığımız və yaşatdığımız, lakin fərqinə varmadığımız mətləbləri aydınlaşdırır. Bir az saf-çürük edəndə görürük ki, bizim yaşadığımız həyat, söykəndiyimiz prinsiplər, istifadə etdiyimiz maneralar, tapındığımız dəyərlər başdan-başa qeyri-səlis məntiq üzərində qurulmuşdur. Ümumiyyətlə, həyat qeyri-səlis məntiq üzərində binə tutur, daim bu vasitələrlə idarə edilir. Xüsusən, dil və nitqin mizanı qeyri-səlis məntiqin nəzəri əsaslarına söykənir. Bu da dilimizin və nitqimizin genişliyinin, dərinliyinin, zənginliyinin çoxçalarlığının, ən nəhayət, demokratizminin üzə çıxarılmasını təmin edir. Qeyri-səlis məntiq dilimizdəki demokratizmi aydınlaşdırmaqla yanaşı, onun yaradıcı imkanlarını aşkarlayır, dərin məna çalarlarına elmi təminat verir. Bu barədə kitabda oxuyuruq: "...Dil-nitq müstəvisində qeyri-səlislik real olaraq geniş yayılmış bir haldır. Bu hal bizim gündəlik "dil" həyatımızın ayrılmaz tərkib hissəsidir desək, səhv etmərik. Biz öz dil-nitqimizdə birlikdə başdan-başa qeyri-səlis münasibətlər torunun içindəyik. Eynən qədim bir heykəltaraşlıq abidəsində təsvir edilən Troyalı kahin Laokoonun və oğlanlarının vücuduna sarmaşan ilanlar kimi qeyri-səlis məntiqin prinsipləri, məqamları, elementləri də dil-nitq həyatımızın canına "daraşmış" dərin potensiala malik elementlər olaraq diqqəti cəlb edir".

Bütün bu məsələlər dekabrın 24-də Azərbaycan Dillər Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları "Qeyri-səlis məntiq və nitq-dil" kitabınınn müzakirəsinə həsr olunmuş elmi seminarda səsləndirilmişdir.

İlk öncə Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, həmmüəllifi olduğu "Qeyri-səlis məntiq və dil-nitq" kitabının elmi əhəmiyyətindən söz açmışdır.

Tədbirin aparıcısı, professor Qorxmaz İmanov bildirmişdir ki, akademik Kamal Abdulla və professor Rafiq Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə enərək, bu nəzəriyyəni ictimai elm sahələrinə uğurla tətbiq etməkdədirlər.

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə tətbiqinin əhəmiyyətindən söz açmış, bu nəzəriyyənin dilin çoxqatlı məzmununu daha dəqiq ifadə etməyə imkan verdiyini bildirmişdir. Qeyd etmişdir ki, "Qeyrı-səlis məntiq və nitq-dil" kitabı qeyri-səlis məntiqin klassik məntiq çərçivəsindən çıxaraq, dilin təbii axarında necə təzahür etdiyini göstərir.

Kitabın yazılma prosesindən bəhs edən akademik Kamal Abdulla son illər professor Rafiq Əliyev ilə birlikdə qeyri-səlis məntiq nəzəriyyəsini Azərbaycan ədəbi və elm sahələrinə uğurla tətbiq etdiklərindən danışmışdır. Bildirmişdir ki, onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq nəticələr əldə etmiş, r iki alimin birgə yazdıqları "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

"Qeyri-səlis məntiq və nitq-dil" kitabının yazılma məramından bəhs edən Kamal Abdulla qeyd etmişdir ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun sistemli öyrənilməsi isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin məna daşımasından xəbər verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması qənaətləri müasir dilçilik elmi üçün yeni üfüqlər açır.

Tədbirdə çıxış edən akademik Əli Abbasov bildirmişdir ki, qeyri-səlis məntiq nəzəriyyəsinin dilə tətbiqi Azərbaycan elmi tarixində unikal bir hadisədir. Dil və nitq arasındakı əlaqələrin belə incəliklə öyrənilməsi dilçiliyin gələcək inkişafında mühüm rol oynayacaqdır. Bu kitab yeni tədqiqat sahələri, perspektivlər açır. Məhz buna görə də bu fundamental tədqiqat təkcə elmi dairələrdə deyil, həm də geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanır.

"Qeyri-səlis məntiq və nitq-dil" kitabının aktual məzmunu və novatorluğu ilə diqqət çəkdiyini bildirən akademik Nizami Gəfərov çıxışında qeyd etmişdir ki, təqdim olunan yeni kitab həm Azərbaycan dilçiliyi, həm də digər elm sahələr üçün mühüm töhfədir. Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini ön plana çıxarır.

Akademik Vaqif Abbasov qeyd etmişdir ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafıq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini üzə çıxardığını izah etməyə çalışıblar. "Qeyri-səlis məntiq və nitq-dil" kitabının elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini işıqlandırır, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır.

Tədbirdə akademik Muxtar İmanov, professor Məsud Əfəndiyev, professor İsmayıl Məmmədov, dosent Fəridə Hüseynova, professor Adil Babayev çıxış edərək bildirdilər ki, "Qeyri-səlis məntiq və dil-nitq" kitabı müəlliflərin dərin fəlsəfi düşüncələrinin və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarının bəhrəsidir. Bu fundamental tədqiqat həm elmi cameələr, həm də geniş oxucu kütləsi üçün intellektual fəlsəfi təcrübə təqdim edir.

Bu nəzəriyyənin kəşfində dilimizin zənginliyi böyük rol oynamış və bu da dəyərli akademikimiz Kamal Abdullanı "Dədə-Qorqud"dan yola çıxaraq görünməyən düşüncələrə və bu düşüncələr də onu axtarış yollarına sövq etmişdir.  Müəlliflərin kəşf etdiyi bu yanaşma metodu, bəlkə də, dilimizin bütün sahələrinin inkişafı yolunda yeni-yeni tapıntıları əldə etmək baxımından gələcəyə verdiyi mirasdır. Gələcəkdə bu düşüncə sistemini istifadə edəcək aydınlarımız dilin daha da dərinliklərinə getdikcə yeni-yeni əsərlər və yeni-yeni kəşflər ortaya çıxaracaqlar. Bu axtarışlar isə özü ilə sonu bitməyən yeni düşüncələri, yeni ideyaları və yeni kəşfləri gətirəcəkdir. Akademik Kamal müəllim və AMEA-nın müxbir üzvü Rafiq Əliyevin birgə fəalliyyəti nəticəsində dilçiliyə gətirilən bu yenilik bizləri yerimizdə addımlamaqdan qurtarmaq cəhdidir, düşüncələrimizə qeyri-səlis məntiqlə yanaşma metodunun göstəricisidir. Qeyri-səlis məntiq böyük həyat təcrübəsinin, araşdırmaların, dərin düşüncələrin və hisslərin ortaya qoyduğu bir kəşfdir...

Qeyri-səlis məntiq insan düşüncəsinin arayışlarda olduğu və bu arayışları səlis məntiqlə axtardığı görünən və görünməyən bir fəlsəfi yanaşmadır, koqnotiv çalışdırma sistemidir. Bu yeni akademik düşüncə tərzi elmin qarşısında geniş üfüqlər açır.

Cəlal İBRAHİMLİ
Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri

Sadıq ZAMAN
Azərbaycan Dillər Universiteti "Poliqlot" qəzetinin baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri