Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525ci qəzet Qeyrisəlis məntiqdən xatirələrə... Mehman Qaraxanoğlu yazır

525ci qəzet Qeyrisəlis məntiqdən xatirələrə... Mehman Qaraxanoğlu yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Mehman QARAXANOĞLU

Dekabrın 4-ü əziz dostum, Ustadım Kamal müəllimin doğum günüdür. Kamal müəllimi yaxından tanıdıqca onun haqqında yazmaq da çətin olur.

Bəlkə, kimsə başqa cür düşünür, amma məndə belədir. Səbəbini bilmək istəsəm də, ciddi bir qənaətə gələ bilmirəm...

Dünyada Kamal müəllim qədər öz mətnləri ilə iç-içə olan ikinci bir yaradıcı tanımıram. Onun bütün mətnləri bir bütövün, tamın içərisində olduğu kimi, sanki özünün mifləşmiş obrazı da sirli-sehrli bir küpün içərisindədir. "Küp"ün yerinə fərqli bir predmet də yaza bilərdim, amma nə olursa olsun, o predmet gərək haradasa dünya modelinə uyğun gəlsin.

Ağlıma çox "həlim" bir fikir gəlir: Bəlkə, onunla bağlı xatirələrimi qələmə alım? Çünki xatirələr dünyanın özünə daha çox oxşayır, dünya kimi qeyri-standart, sürüşkən, dəyişkən və qeyri-müəyyəndir. Bəzən onlara "təhrif olunmuş" yaddaşın qarabasmaları da deyə bilərik. Hər nə isə, xatirələr, necə deyərlər, əsl qeyri-səlis məntiq xammalıdır. Onlarda ağ-qara, pis-yaxşı qütbləri çox az olur, sözlər çox ehmalca seçilib adıçəkilən qütblərin arasında yerləşdirilir.

Keçək əsas mətləbə.

Haqqında yazdığıma, əsərlərini pis-yaxşı təhlil etdiyimə görə Kamal müəllim heç bir zaman "əla-hiddə" sevinc hissi keçirməyib. Heç buna ehtiyacı da yoxdur. Çünki həm bizdə, həm də xaricdə onun barəsində yetərincə gözəl mətnlər yazıblar və bu, davam edir. Heç vaxt yaradıcılığını əhatəli bir şəkildə tədqiq etmək istəyimlə də razılaşmayıb. "Niyə"sini də bugünəcən soruşmamışam.

Əksinə, o, "dilimi açdığı"na, məni yazmağa ruhlandırdığına və imzamın ədəbi cameədə daha parlaq görünməsinə görə sevinib həmişə! Dövlət müşaviri olduğu - vaxtının lap az olduğu zamanlarda "Mən konteksti düşünürəm" kitabımın əlyazmasını üç dəfə oxuyub. Oxuyub, qaytarıb. Qeydlər edib, yenə qaytarıb! Özü də poçtla göndərib! "Buranı belə yazsan, daha yaxşı alınar", "bu fikirləri əlavə etsən, gözəl olar", "bax buranı çıxsan, mətn qazanar" qeydləri ilə bir yerdə! Hətta qrammatik və üslubi səhvlərimə də əl gəzdirib. O mənə kitabın nəhayətsiz doğuluş həzzini yaşadıb; amma sən demə, bəni-insandan fərqli olaraq kitabın köbəyi doğuluşundan xeyli əvvəl dəfən-dəfən kəsilirmiş...

Hərdənbir kitabımı vərəqləyirəm... Ürəyimdə sonsuz minnətdarlıq hissi baş qaldırır, dodaqlarıma izaholunmaz bir təbəssüm qonur...

lll

Açıq deyəcəyəm, məni yaxından tanıyan və tanımayanlar zaman-zaman heyrətləniblər: nə əcəb Kamal müəllimlə uzun illərdir dostluq edə bilirsən? Demişəm, nə mənada? Deyiblər, xasiyyəti tünddü, çöndüsə, qurtarıb getdi. Bizimki Mətn dostluğudur. Burada fərdin zahiri və daxili disharmoniyaları çox da vacib rol oynaya bilmir. Daha doğrusu, ikimiz də demokratik Mətn imperiyası altındayıq. Sərbəstik. Bir-birimizin arxasınca düşüb getməsək də, Mərn bizi hara aparsa, gedəcəyik...

lll

Bir dəfə söhbət əsnasında Kamal müəllim qəfildən dedi:

- Çox dostlarım sonralar mənimçün maraqsız oldular.

Sual vermədim ki, niyə? Çünki ədəbi prinsiplərinə və xarakterinə az-çox bələd idim. Mətnlərində mübhəmliyi sevdiyi kimi, şifahi nitqində də buna əməl edirdi. Beynimi xeyli çək-çevir edəndən sonra səbəbini özümçün tapdım. İnsan o zaman maraqsız olur ki, bir yerdə sayır, yeniləşmir və ümumiyyətlə, bu haqda heç düşünmür də. Belə adamların Kamal müəllimlə dostluqları tutmaz.

Və belədir də...

Ustadın gözündən düşüb maraqsız olmamaq üçün bacardığım qədər şablonlardan və sxematik yollardan qaçmağa çalışıram.

lll

İkimizin arasında olan bir söhbəti heç vaxt unutmaram. Təzəcə bitirdiyim yazıdan söhbət açdım və dedim:

- Bu yazını bitirmək lap əzab oldu.

- Yazanda əzab çəkirsən ki?

- Hərdənbir olur.

- Əzab çəkirsən, yazma!

Çox kəskin dedi. Hiss elədim ki, fikrimi dürüst ifadə edə bilməmişəm. Ona görə də tezcənə əlavə etdim ki (Guya özü bilmirmiş), Sartrın fikridir: "Yazmaq əzab, mütaliə isə bayramdır". Dodaqlarına təbəssüm qondu. Belə məqamlarda dostların təbəssümü "mənalı" tordan başqa bir şey deyildir; düşürsən, nə qədər çabalayırsan çabala, onsuz da xeyri yoxdu, özünü xilas edə bilməzsən. Və əslində, onların sənə ən böyük lütfü də o təbəssümdür ki, var...

Lap bu yaxınlarda Rafiq Əliyevlə yazdığı "Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatında Xalq şairi Ramiz Rövşənin çıxışından öyrəndim ki, yazmaq məsələsində Kamal müəllimin dünyada tayı-bərabəri yoxmuş... Təxminən fikir belə idi ki, dünyada Kamal Abdulla qədər yazmaqdan həzz alan ikinci bir yazıçı tanımıram.

lll

"Sehrbazlar dərəsi"nin ilk səhifəsini oxuyan kimi ağlıma gələn fikir bu oldu ki, bəlkə roman hansısa qədim və mistik bir musiqinin içərisinə yığılıb?! Və ya unutduğumuz hansısa qədim melodiyalar yığılıb bu romanın içərisinə?! O melodiyalar nə idisə, onları geri "qaytarmaq" gərək idi. Necə ki, romanın qəhrəmanı Səyyah Sehrbaz, karvanbaşının cəllad atası Məmmədqulunun ruhunu çağırıb geri qaytarır..

Bu haqda Kamal müəllimə də bildirdim. Dedi, maraqlı fikirdir. Amma mətni yazıb qurtarandan sonra nəsə alınmadığını hiss etdim. Yenidən eksperiment aparıb Soltan Hacıbəylinin musiqisi üzərindən mətni yığdım.

Deyəsən, bir az alınmışdı...

lll

"Adəm və Həvvanın cənnətdən çıxarılması" (qovulması yox!) miniatüründə (Təbriz, 1550-1560-cı illər) mifizm, mistik realizm və simvolizm üzvi şəkildə birləşir. Adəm və Həvva yarıçılpaqdırlar. Birincisi əjdaha (və ya böyük qanadlı ilan), ikincisi isə tovuzquşu belində cənnəti tərk edir. Məlum olduğu kimi, ilan və tovuzquşu iblisə bələdçilik etdiyindən onlar da Tanrı tərəfindən cənnətdən çıxarılma cəzasına məhkum olurlar.

Geniş rakursdan yanaşdıqda, cənnətdən çıxarılma, bəlkə də ən bəşəri və ən əzəmətli bir ayindir. Biz buna möhtəşəm "yolasalma" da deyə bilərik. Miniatürçü rəssamlar bu fikri, açıq olmasa da, eyhamla bizə bildirirlər. Sözügedən miniatürdə də çoxsaylı qanadlı məxluqların müşayiəti ilə baş tutan bu ayin söylədiyimiz fikri simvolizə edir...

Biz əgər Rafiq Əliyev və Kamal Abdulla prizmasından, yəni qeyri-səlis məntiqlə yanaşsaq, "möhtəşəm yolasalma" daha uğurlu ifadədir. Həm də ulu babamız Adəmi və Həvva nənəmizi haradasa yersiz suçlama, qınaq və töhmətlərdən xilas etmiş oluruq.

lll

Bərabər məsafələrdə basdırılmış işıq dirəkləri insanoğlunun ahəngdarlığa hansı riyakar yollarla nail olması haqda təsəvvürlərimizi genişləndirir. Həyatda beş-altı işıqlı adamın eyni fikir müstəvisində "sıralandığını" gördünüzmü?!

Kamal müəllimlə münasibətlərimiz də çox çətin sınaqlardan keçib. Bizimki sonralar əsl dostluğa çevrilən klassik Ustad-şəyird münasibətidir. "Casus"un Lənkərandakı preymerasında əlimi ona uzatdım. O isə:

- Bilmirəm, səninlə görüşüm, ya yox - dedi.

Təbii ki, görüşdü... Amma aramıza çökən sükutu pozmağa ikimizin də gücü çatmadı...

lll

Məşhur Niderland rəssamı Yan Vermeerin "Rəssamlığın alleqoriyası" adlı bir əsəri vardır. Tablo rəssamın emalatxanasını simvolizə edir. Burada təsvir olunan hər bir detal danışır. Əslində, hər bir sənətin özünəməxsus alleqoriyası - simvolları olmalıdır. O cümlədən, yazıçılığın da... Yox, söhbət təkcə yazıçı, dünyasını dəyişəndən sonra onun ev-muzeyində nümayiş etdirilən əşyalardan getmir...

Burada iki istisnanı qeyd etmək istəyirəm. Biri hiperrealist Mirzə Cəlilin, digəri isə "fikir zadəganı" (Kamal Abdulla) Hüseyn Cavidin ev-muzeyindəki əşyalardır. Məhz onlar epoxal qüssə və ağrının rasional və metafizik alleqoriyasını planetar formatda bizə yansıda bilir...

Bəs əziz dostum Kamal müəllimdə bu predmet-detal nə ola bilər?

Bir qədər sürreal və ya absurd səslənsə də: yalnız Sükut...

Sükut Kamal müəllimin obrazında "Hüdudsuz Mətn" statusunu qazanır.

Ədəbiyyat sükutla "oynamaq" elmidir...

lll

Markes "Patriarxın payızı"nı nikaraqualı şair Ruben Darionun poeziya dili üzərində qurduğunu deyir. Kamal Abdullanın "Yarımçıq əlyazma"sının isə "Dədə Qorqud" eposu və Şah İsmayıl dövrünün dili üzərində qurulduğu şəksizdir. Hər iki əsər çox maraqlı alınıb! Bir yerdə durmaq lazım deyil, bir qədər də "irəli" gedib, tutaq ki, totalitarizm dövrü təcəssüm etdirən hər hansı bir əsəri Hüseyn Cavid, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd Rahim, Rəsul Rza, Süleyman Rəhimov və başqalarının dili üzərində qurmağınız gərəkir...

Bu haqda Kamal müəllimlə də söhbətim olub. Çünki daxilimdə bir səs mənə deyir ki, bunu Kamal Abdulla qədər möhtəşəm bir halətdə heç kəs qələmə ala bilməz. Çünki o, fərqli zamanları onların öz dilində - "Azərbaycan dilinin potensialında" danışdıra bilir. Təsəvvür edin ki, Süleyman Rüstəmin "Azərbaycana gəlsin" şeirinin dili ilə İblisin monoloqu (Hüseyn Cavid) verilir. Və ya sehrbazın təkcənəlik vaxtına girib onu soyan tacir dodaqlarının altında Vurğunun "Partiyamızdır" şeirini həzin-həzin zümzümə edir. Burada təkcə fərqli zamanlar deyil, həm də Ana dilin düşdüyü epoxal faciəvi situasiyalar danışacaq...

lll

Səsin mahiyyət olduğuna inanmaq üçün ucalıqlardan dağ çayını seyr etməyiniz yetər... Kamal müəllim ən mürəkkəb, qəliz məsələləri sadə bir dillə, dinlədikcə adama rahatlıq gətirən həlim bir səslə ifadə etməyə qadirdir.

lll

Hər bir nəsnənin özünəməxsus missiyası var. Ən qədim mətnlər də belədir. Götürək "Dədə Qorqud" eposunu. Bir anlıq düşünək ki, minilliklərin o üzündən vur-tut bircə boy gəlib çatıb bizə. Və ya bircə qoca, yorğun külək! Lap olsun 6, 8, 10, 11... Azdır, çox azdır! Yarımçıq harmoniya yoxdur!

Əgər 12 boyun cəmini yazıçı intiutiv olaraq "Yarımçıq əlyazma" adlandırırsa, hansı harmoniyadan danışmaq olar?! Həmin harmoniyasızlığın altşüurdakı ilkin aclığı idi ki, romana "On üçüncü boy" deyənlər də oldu. Bu arada tarix bizi sensasion bir xəbərlə də müjdələdi: Gerçəkdən eposun 13-cü boyu da tapıldı! Qoy bir xəbər də mən verim: ehtimal var ki, "Yarımçıq əlyazma"nın mabədi də yazılsın. Çünki yenə boşluqlar var, yenə də nəsə çatmır. İndilikdə romanın eposdan çox oxunma səbəbini də burada axtarmaq lazımdır. Müəllif özünü "natamamlığın bütövlüyü"nə inandıra bilib. Özgə yolu yoxdur, bu inam olmasaydı, roman yazıla bilməzdi. Amma hər bir "söküntü" (dekonstruksiya) daha çox boşluqların yaranmasına səbəb olur. Amma və lakin göstərilən çabaların özü də nəhayətsiz boşluqlara atılmaq deyil, bəs nədir?!

Əgər biz yazdıqlarımızdan daha yaxşısını yazmağa qadiriksə, onda Simnar kimi tikdiyimiz mətnin başından aşağılara yuvarlanmağa məhkumuq... Kim nə qədər çox yuvarlansa, o, ölməzlik qazanar...

Kamal müəllim hər an yuvarlanmağa hazırdır...

lll

Lap bu yaxınların söhbətidir. Kamal müəllim İstanbulda olarkən telefonla danışdıq. Özümlə bağlı bir məsələni ona xatırlatdım. Anındaca ərkyana dedi:

- Sənin heç ağlın yoxmuş ki?

İstədim zarafata salıb deyəm ki, ağıl biclik alətidir, demədim. Söhbəti tezcənə dəyişdim:

- Özünüzü qoruyun, Kamal müəllim!

O da cavabında:

- Siz bizi qoruyursunuz, - dedi.

Səsindəki o istilik, o inam bir ömür yetər bizə.

Siz XXI əsrdə Azərbaycan xalqının ən böyük dəyərlərindən birisiniz, Kamal müəllim!

Sizi Tanrı qoruyur!

Biz də dəyərlərimizin keşiyindəyik, əziz Kamal müəllim!

Redaksiyadan: Xalq yazıçısı, akademik Kamal Abdullanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, ədəbi yaradıcılığında və elmi-təşkilati fəaliyyətində yeni uğurlar arzulayırıq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri