Icma.az
close
up
RU
Xocalı soyqırımı: Bəşər tarixinin qanlı səhifəsi TƏHLİL

Xocalı soyqırımı: Bəşər tarixinin qanlı səhifəsi TƏHLİL

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir tariximizin qürurverici dövrünü Qarabağda ermənilərin törətdiyi soyqırımı aktlarının qisasını almaqla yaşayırıq. Qalib xalq olaraq şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsini anır, onların ruhlarını yad edirik. 32 ilə yaxın erməni işğalı altında olmuş Xocalı şəhəri 2023-cü ilin sentyabr ayının 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Müzəffər ordumuz tərəfindən terrorçu dəstələrindən azad edildi. Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində şanlı üçrəngli bayrağımızı ucaltdı Bununla da Azərbaycan xalqının ən qüdrətli xalq, dövlətinin güclü dövlət, bayrağının daim ucalarda dalğalanan bayraq olduğunu nümayiş etdirdi. Bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsində Xocalı şəhərinə insanların öz yurd-yuvalarına qayıdışı təmin edilir. 2025-ci il tarixinədək Xocalı şəhərinə 85 ailə (342 nəfər) köçürülüb. Təbii ki, xocalıların öz dogma ocaqlarına qayıdışı bundan sonra da davam edəcək. İnsanlar öz evlərində, dogma ocaqlarında yaşayacaq və o yerləri cənnətə çevirəcəklər. Ancaq bir həqiqət var ki, heç zaman ermənilərin 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı unudulmayacaq, yaddaşlardan silinməyəcək. İnsanlıq durduqca erməni vəhşilyi dünyaya dərs olaraq çatdırılcaq. Növbəti soyqırımlarının, kütləvi insan qətliamlarının törədilməsinin qarşısının alınması üçün ermənilərin bir toplum olaraq ciddi şəkildə cəzalandırılması çağrışları ediləcək.

Dünya erməni vəhşiliyinə səssiz qalmadı

Xocalı soyqırımını insanlıq əleyhinə cinayət hesab edən bir sıra ölkələr, eləcə də beynəlxalq təşkilatlar faciəni soyqırımı aktı olaraq tanıyıblar: 2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciəni soyqırım adlandırılıb. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib. 2012-ci il aprelin 24-də Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb. 2013-cü il fevralın 19-da Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. 2013-cü ildə Peru Respublikasının parlamentində Xocalı soyqırımı rəsmən tanınıb. Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul edib. 2013-cü ildə Rumıniya Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib. 2014-cü ildə Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırım aktı qəbul edərək tanıyıb. 2011-ci ildə Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar. 2013-cü il 7 avqustda Panama Respublikasının Milli Assambleyası “Ermənistan qüvvələri tərəfindən Azərbaycan ərazisinin işğalı üzrə” qətnamə qəbul edib. 2015-ci il 12 oktyabrda Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib. 2015-ci il 26 fevral Xosams Abu Meri başda olmaqla Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun iclasında Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib və Xocalı soyqırımı ilə əlaqədar, Azərbaycanla parlamentlərarası dostluq qrupu adından bəyanat qəbul edilib. İordaniya parlamenti 2016-cı il Xocalı soyqırımını rəsmən tanıyıb. 20 yanvar 2016-cı il tarixində Sloveniya Respublikasının Milli Şurası şuranın üzvü Rudi Matjasicin təşəbbüsü əsasında Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib. 2017-ci il fevral ayının əvvəllərində Şotlandiya Parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı soyqırımına siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin qanlı qırğına siyasi qiymət verilməsi haqqında Qətnamənin mətni Parlamentin saytında yerləşdirilib. 2017-ci il Cibuti Respublikası Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib. 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb.

İnsanlığa qarşı cinayət

Məlum faktdır ki, ermənilərin 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı soyqırımı aktları kateqoriyasına aiddir. Bunu beynəlxalq hüquq sənədlər, dövlətlərin qəbul etdiyi qərarlar təsdiq edir. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Xocalı qətliamı beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi tövsif etməyə imkan verir: 1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nörnberq Hərbi Tribunalının Nizamnaməsi. 3. Beynəlxalq Cinayət Tribunalınm Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalınm Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir. Xocalı soyqırımı şahidlərinin ifadələrindən və aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır. BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün "ad hoc" qaydasında ilk dəfə 23 fevral 1993-cü il tarixli 808 nömrəli və 25 may 1993-cü il tarixli 827 nömrəli qətnamələrinə əsasən "1991-ci ildən keçmiş Yuqoslaviya ərazisində törədilmiş beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yaratmışdır. Bu tribunalın əsasnaməsi də təsdiq olunmuşdur. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (KYBCT) birinci hökmü 29 noyabr 1996-cı ildə çıxarılmışdır. Ümumilikdə 144 məhkəmə prosesi keçirilmişdir (o cümlədən, 94-ü serblərə, 33-ü xorvatlara, 8-i Kosovo albanlarına, 7-si Bosniya müsəlmanlarına və 2-si makedoniyalılara qarşı). Həm də Haaqa Tribunalının ittihamları Bosniya serblərinin rəhbəri P.Miadiç və R.Karadiçə qarşı da irəli sürülmüşdür. İkinci Beynəlxalq Tribunal Ruanda üzrə yaradılmışdır. Bu məhkəmənin vəzifəsi 1994-cü ildə Ruandada və qonşu ölkələrdə soyqırımının bəşəriyyət əleyhinə cinayətin araşdırılması idi. BMT Təhlükəsizlik Şurasının 1994- cü il noyabrın 8-də qəbul etdiyi 955 saylı qətnaməsinə əsasən, "1994-cü ilin 1 yanvarından 31 dekabrına qədər Ruanda ərazisində və qonşu dövlətlərin ərazilərində törədilən soyqırımı və digər oxşar pozuntulara görə məsuliyyət daşıyan Ruanda vətəndaşları tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin məhkəmə qaydasında təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yarandı və onun əsasnaməsi təsdiq olundu. Beynəlxalq qanlara əsasən Xocalıda qətliamlar törətmiş Sarkisyanın, Koçaryanın, Ohanyanın və digər vəhşilərin məhkəmə qarşısına çıxarılaraq cəzalandırılması ədalətin qismən də olsa bərpası demək olar. İngilis jurnalisti Tomas de Val “Qarabağ” kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: “Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq”.

Vəhşilər cinayət məsuliyyətinə cəlb olunmaqdan qaça bilməyəcəklər

Soyqırımı qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur; - niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. İlk dəfə olaraq, kütləvi insan qətliamlarının soyqırımı sayılması təklifini 1933-cü ildə yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin İspaniyada keçirilən cəza hüququnun eyniləşdirilməsinə dair V beynəlxalq konfransda irəli sürmüş və uzun müzakirələrdən sonra təklifini qəbul etdirə bilmişdir. Sonradan, yəni müharibənin Almaniyanın məğlubiyyəti ilə başa çatmasından sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalı nasistləri "insanlıq əleyhinə cinayətlərin" törədilməsi barədə qərar qəbul etdi. Qərarda "genosid" sözü ittihamnamə aktına daxil edildi. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Konvensiya 19 maddədən ibarətdir. İndiyədək dünyanın 153 ölkəsi bu Konvensiyanı ratifikasiya edib. 31 may 1996-cı ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış qərarla bu Konvensiyaya qoşulduğunu bəyan etmişdir. 25 iyun 1996-cı ildə isə Azərbaycan parlamenti bu qanunu ratifikasiya etmişdir. Konvensiya soyqırımını beynəlxalq hüquq normalarını pozan cinayət əməli kimi tövsif etmişdir. Həmin Konvensiyanın 1-ci maddəsində qeyd olunur ki, razılığa gələn tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımı, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. Bu sənədi imzalamış dövlətlər soyqırımının qarşısını almaq üçün tədbirlər görmək və ona görə cəzalandırmaq öhdəliklərini öz üzərilərinə götürmüşlər. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. 44 günlük Vətən Müharibəsi və daha sonra 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyat tədbirləri ilə erməni terrorçu dəstələr məhv edilib. Artunyan, Vardanyan, Qukasyan, Saakyan və digər soyqırımı aktları törədənlər cəngavər oğullarımız tərəfindən həbs ediliblər və əlləri qandallı Bakıya gətirilərək istintaqa təhvil veriliblər. Onların məhkəməsi başa çatmaq üzrədir. Yəqin ki, Məhkəmə ədalətli qərar çıxarararq onlara ən ağır cəza verəcək. Xocalıda uşaqları öldürən, ailələri məhv edən Koçaryan və Sarkisyanda məhkəmə qarşısına çıxarılmalıdır. Çünki, sözügedən cəlladlar Xocalı şəhərində insan qırğınlarının törədilməsində əsas təşkilatçılar olublar. Bunu Srakisyan özü jurnalistlərə açıqlamasında açıq şəkildə etiraf edib. Ona görə də, mütləq erməni cəlladları, qeyd etdiyim kimi Sarkisyan, Ohanyan, Koçaryan və digərləri həbs edilib, məhkəmə qarşısına çıxarılmalıdır. Onlara ən ağır cəza verilməli və bununla digər hərbi cinayətlər törətmək istəyində olanlara tutarlı dərs olmalıdır.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri