Icma.az
close
up
RU
525ci qəzet Sizinlə yoldaşlıq yolsuzluq imiş

525ci qəzet Sizinlə yoldaşlıq yolsuzluq imiş

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Anna AXMATOVA

ŞEİRLƏRİMƏ

Sizinlə yoldaşlıq yolsuzluq imiş,

Düşdüm meteortək zülmət içinə.

Sizinlə acılı, yalanlı gərdiş

Olmadı təsəlli heç zaman mənə.

"SƏNƏTİN SİRLƏRİ" əsərindən parça

Deyim, mənlik deyil odlu namələr,

Naləli ağılar, qəm gözəlliyi.

Alayı olmalı, məncə, nəğmələr,

Bəşər övladında olandan deyil.

Hardan biləsiniz hansı zibildən

Boy atır şeirlər həya bilmədən.

San zəncirotudur hasar dibində,

Ya alaq otudur, yaşar ölmədən.

Tər-təzə zift iyi, hirsli əks-səda,

Sehirli-əfsunlu bir divar kifi...

Bu artıq şeirdir, şıltaq bir əda,

İncə bir tövr ilə qaldırır kefi.

MƏHƏBBƏT

İlantək qəlbinin gah böyründəcə

Yumaqlanıb əfsun oxuyur sənə,

Gah da göyərçintək ağ pəncərəndən

Şəhvətli səsini toxuyur sənə.

Baxırsan qar-qırov sənə irişir,

Bihuşsan ətrindən şəbbügülünün...

İşi usdubcadır, özüsə həşir,

Bükür göy əskiyə xürrəm gününü.

Həsrət duasıtək necə də şirin

İnləyir hüznlü kaman simində.

Dəhşətlə açırsan onun sirrini

Hələ məchul qalan bir təbəssümdə.

QISQANC, SƏKSƏKƏLİ...

Qısqanc, səksəkəli, zərifdi. Məni

Günəş ilahıtək sevirdi... Halım

Keçmişlə ötürdü, kəsdi nəğməni,

Üzdü ağ quşumun başını zalım.

Qürubdu... o axşam dedi "sev məni,

Şeir yaz, gül-danış, kam al həyatdan".

Kor quyu dalında o şad-xürrəmi

Basdırdım bir qızılağacın altda.

Dedim ağlamaram bir daha inan,

Ürəyim daş olub döyür huşumu.

Əlbət eşidəcəm hər yerdə, hər an

O şirin nəğməli azad quşumu.

MÜDHİŞ SÜKUTA ƏSİR DODAQLAR

Qoy müdhiş sükuta əsir dodaqlar

Qovuşsun, ürək də eşq ağrısından

Partlasın, onsuz da qüdsal bir hədd var -

Pozulmaz məhəbbət ehtirasından.

Nə dostluq hakimdir bu yerdə, nə də

İllərlə od saçan xoşbəxtlik çağı.

Könül azaddırsa duymaz bil nədən

Şəhvətlə ləngiyən bir halsızlığı.

O həddə can atan dəlidir, nədir,

Çatantək qəmindən ürəyi çatlar.

İndi anladınmı niyə, nədəndir

Döyünmür ürəyim əlinin altda.

DƏLİYƏ DÖNMÜŞDÜM, QƏRİBƏ OĞLAN...

Dəliyə dönmüşdüm, qəribə oğlan,

Çərşənbə, saat üç radələrində!

Adsız barmağımı hey zanqıldayan

Bir eşşəkarısı sancdı dərindən.

Bilmədən əlimdə əzdim arını,

Sandım ölmüş olar, keçib iş işdən.

Oxdan da itiymiş demə, ağrını

Canıma yeridən zəhərli neştər.

Sənəmi ağlayım, gülərmi üzün

Üzümə, nə bilim, söylə, o zaman.

Adsız barmağımda sığallı üzük

Bax necə gözəldir, qəribə oğlan.

BU DA MƏN, TƏK QALDIM...

Bu da mən, tək qaldım, könül bağlayıb

Təkliyə, sayıram bomboş günləri.

Ey azad dostlarım, qanad saxlayın,

Mənim qu quşlarım, vaxtdır, dinləyin.

Nə xeyri nəğməli nidalarımın,

Gözümün yaşı da qaytarmaz sizi.

Bir axşam hüznlü dualarımın

İçində anaram xatirənizi...

Vurmuş ölüm oxu sizdən birini,

Salmış göydən yerə, ruhum dağlanır.

Başqa birinizsə öpəntək məni

Andırır gözümdə qara qarğanı.

İldə bircə dəfə oluram belə

Vaxta ki, əriyir buzu aləmin.

Yekaterina bağında göllənən

Tərtəmiz sulardır indi həmdəmim.

İri qanadlardan şappıltı duyub

Çəkirəm içimə gölün səsini.

Bilmirəm kim ola, kim aralayıb

Ölüm məhbəsinin pəncərəsini.

MƏNİ UYDURMUSAN...

Məni uydurmusan. Məndən, həbibim,

Yoxdur, ola bilməz dünyada məndən.

Nə həkim məlhəmi, nə şair təbi

Qurtarar səni o kabus əlindən.

Qəribə il idi biz görüşəndə

Solub tükənmişdi dünya gör haçan.

Hər şey bir müsibət, matəm peşində,

Təkcə məzarlardı təravət saçan.

Qaraydı qətrantək Neva suları,

Kor divar olmuşdu o gün kar gecə.

Səni səsləmişdim mən cahil qarı.

Sənsə varacaqdın mənli bir heçə.

Fəci bir payızdım, çıxdım qarşına.

Bir ulduz iziylə düşüb həşirə

İçi boş bir evə girdin boşuna,

Perikmiş o evdən yanan şeirlər.

OLMAQ OLMAQDIRSA...

Olmaq olmaqdırsa, azadlıqda ol,

Ölmək ölməkdirsə, xarabanda öl.

Ya Qurd bozqırıdır seçimin, ya da

Sapsarı küləşlə örtülü bir dam.

SONUNCU SAĞLIQ

İçirəm şəninə bu viranənin,

Dağılmış evimin, acı ömrümün,

Cütlükdə təklənən bir divanənin.

Sənin də şəninə içirəm bu gün -

Yalanı eşqinə o dodaqların,

Soyuğu eşqinə ölü baxışın,

Bu qəddar dünyanın, zalımlıqların,

İçirəm şəninə Allah vurmuşun.

BOŞUNA ÇƏKMƏDİK...

Boşuna çəkmədik çəkdiyimizi,

Ümidsiz olsaq da hər gələn yaza.

And içib səs verdik - əkməyimizi

Yeyib davam etdik öz yolumuza.

Qalmaq diləmədim vicdan qeydinə

Şamtək işıq saçım Rəbbin qatında.

Tapınıb cəlladın qanlı bütünə

Birlikdə qalmışdıq ayaqlar altda.

Yox! Mən yad qübbənin altında dərdə

Qapanıb özümə yuva qurmadan

Xalqım bəxtsizlikdən durduğu yerdə

Onunla bir idim mən bəxtsiz adam.

Tərcümələr Nəriman Qasımoğlunundur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri