Icma.az
close
up
RU
525ci qəzet “Ulduz”lu görüşlər”in ilki ADPUda keçirilib

525ci qəzet “Ulduz”lu görüşlər”in ilki ADPUda keçirilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin ortaq layihəsi çərçivəsində "Ulduz"lu görüşlər" silsiləsindən ilk tədbir keçirilib. Görüşdə Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova,”Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs, “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov, Xalq artisti Eldost Bayram, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova və "Ulduz" jurnalının əməkdaşlarından yazıçı Təranə Vahid, şair Taleh Mansur, eləcə də universitetin tələbə, müəllim heyəti iştirak edib. Təbdiri giriş nitqiylə açan Qulu Ağsəs, təhsil ocaqlarında silsilə görüşləri nəzərdə tutan layihə haqda geniş məlumat verərək, görüşün təşkili üçün universitet rəhbərliyinə, həmçinin prorektor Mahirə Hüseynovaya minnətdarlığını bildirib. 

M.Hüseynova qonaqları salamlayaraq bu kimi görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb, "Ulduz" ədəbiyyat dərgisi ilə təmsil etdiyi təhsil ocağının əməkdaşlığı çərçivəsində görülən işləri diqqətə çatdırıb. 

Eldost Bayram öz növbəsində gələcəyin müəllimlərinə tövsiyə və məsləhətlərini verib, onlara uğurlar arzulayıb. 

E.Bayramın ifasında M.Hüseynovanın "Gedək uzaqlara" şeiri alqışlarla qarşılanıb. 

Əflatun Amaşov çıxışında milli-mənəvi dəyərlərə diqqət çəkərək, bu yolda gənclərin məsuliyyətli olmasını tövsiyə edib,  mütaliə mədəniyyətinin qorunub-saxlanılmasının əhəmiyyətini qeyd edib. Filologiya fakültəsinin dekanı Könül Həsənova tədbirin təhsil ocağının müəllim, tələbə heyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Yazıçı Təranə Vahid və şair Taleh Mansur öz çıxışlarında, ədəbi gəncliyin tribunasına çevrilmiş "Ulduz" jurnalının tarixi və bu günü ilə bağlı məlumat verərək, yaradıcılıq qabiliyyəti olan gəncləri əməkdaşlığa dəvət ediblər. 

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Tələbələrin ifasında Qulu Ağsəsin şeirlərindən ibarət nümunələr səsləndirilib . Sonda "Ulduz" jurnalının və "Xalq" qəzetinin seçilmiş sayları hədiyyə olaraq tələbələrə təqdim edilib, xatirə fotosu çəkilib.


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri