525ci qəzet Yağıntılı hava şəraiti günün ikinci yarısınadək davam edəcək
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova 525.az-a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.
Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

Yağıntılı hava şəraiti günün ikinci yarısınadək davam edəcək
09 Dekabr 2024 08:33

