Icma.az
close
up
RU
İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İsrailin süni düşmənçiliyi Yaxın Şərqi gərginləşdirir

“ABŞ Prezidenti Donald Trampın atdığı addımlar İranın nüvə silahı əldə etməsinin qarşısını aldı, amma Tehran cəhdlərindən əl çəkməyəcək, ayıq-sayıq qalmalıyıq”. Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş deyib. Senator bildirib ki, ABŞ tarixi boyu görünməmiş dərəcədə qlobal nüvə təhdidi ilə üz-üzədir: “Tarixdə ilk dəfədir Rusiya və Çin kimi iki bərabər səviyyəli nüvə gücü ilə eyni anda üzləşirik, bununla yanaşı, Şimali Koreya kimi daha kiçik və qeyri-sabit dövlətlər, həmçinin İran kimi nüvə silahı əldə etməyə çalışan ölkələrin yaratdığı təhdidlərlə də qarşılaşırıq”.

Cim Riş Rusiya və Çinin silahlara nəzarət sahəsində əməkdaşlığı zəiflətməkdə oynadığı rola toxunaraq qeyd edib ki, iki ölkə bu mövzuda konstruktiv dialoqa maraq göstərmir, paralel şəkildə nüvə potensiallarını artırmağa davam edir.

Xarici Əlaqələr Komitəsinin sədri İran məsələsindən ayrıca danışıb: “Nüvə ambisiyası olan qeyri-legitim rejimləri diqqətdən kənarda qoymaq olmaz. Bəli, Tramp bu ilin əvvəlində İranın nüvə obyektlərini məhv etmək üçün addımlar atıb və bu addımlar təhlükəli ideologiyası olan bir rejimin ABŞ, İsrail və dünyanın digər bölgələrini təhdid edə biləcək bir silaha sahib olmasının qarşısını alıb. Amma İran rejimi kifayətlənməyəcək, ayıq-sayıq olmalıyıq”.

 Milli Cəbhə Partiyasının başqan müavini Tural İrfan “Şərq”ə açıqlamasında deyib ki, müsəlman aləmi dünyanın əhəmiyyətli, qaynar hissəsini təmsil edir. Ərəb ölkələri də daxil olmaqla əksər müsəlman ölkələrinin daxilən ABŞ-dən ikrah etməsi İsrailin Yaxın Şərqdəki yaratdığı ciddi problemlərlə bağlıdır: “Fələstin problemi yaranandan sonra ABŞ hər zaman İsrailin yanında olub, bu da islam dünyasının ABŞ-yə qarşı məsafəli duruşuna səbəb olub. ABŞ-nin hegemonluq nümayişi və Əfqanıstan, İraq kimi ölkələri işğal etməsi bu həqiqəti daha da dərinləşdirib. Çin və Rusiya da bu mühitdən istifadə edərək rəqabət gücünü artırıb və ABŞ-dən narazı ölkələri özünə çəkə bilib. Hazırda Əfqanıstan da Çinlə əlaqələr qurur. İran isə müsəlman təəssübü çəkməsə də, belə müsəlman aləminə olan basqıdan, Fələstinin işğalından istifadə edərək maraqlarını təmin edir. Əgər İsrail-Fələstin problemi olmasa, bunun müqabilində də ABŞ-dən təhlükə gözləntisi yaratmasa, İran hansı səbəb və əsasla nüvə silahı düzəltməyə haqq qazandıra bilər? Demək, İsrailin Yaxın Şərqdəki istila və işğal siyasəti İrana şərait yaradır ki, nüvə silahı düzəltsin, Rusiya və Çinə yaxınlaşsın. İran özü müstəqil şəkildə ABŞ-yə heç bir təhlükə yaratmaq əzmində deyil. Sadəcə, Rusiya və Çinlə birlikdə maneə yarada bilər. Regionda Çin və Rusiyanın maraqlarının icraçısı qismində, habelə ABŞ-nin maraqları ziddinə siyasət yürüdə, iş apara bilər. ABŞ və İsrailin İranla bağlı süni düşmənçilik prosesi vəziyəti daha da mürəkkəbləşdirir. İsrailin Fələstini işğal edərək digər qonşu ərəb ölkələrini, daha sonra isə Türkiyənin 20 faizini işğal etməyə hazırlaşması onun "Vəd edilmiş torpaqlar" ideyasının "Böyük İsrail" planına daxildir. ABŞ-nin də bu mənada İsrailə qeyd-şərtsiz dəstək verməsi, İranın da bu bəhanə ilə hər ikisinə qarşı düşmən mövqeyi sərgiləməsi müsəlman ölkələrinin durumunu siyasi mənada çətinləşdirir”.

Çinin əsasən iqtisadi, ticari maraqlar üzərindən mübarizə apardığını vurğulayan T.İrfan qeyd edib ki, onun ABŞ kimi işğal planları hələ ki, yoxdur: “Rusiyanın isə ABŞ-nin İraqı, Əfqanıstanı etdiyi kimi işğal siyasətini təkrar edərək istila planları var. Hazırda o bunu Gürcüstandan sonra Ukraynada həyata keçirir. İranın nüvə proqramını sanki ABŞ-nin dayandırmaq gücü yoxdur. Sanki İsrail və Fələstin problemini bir əsrə yaxındır həll etmək qüdrəti də yoxdur. İranın nüvə proqramını ABŞ heç zaman tam sıradan çıxarmayacaq. Çünki İsrail Türkiyəni əsas hədəf seçdiyi üçün İrandan istifadə etmək məqsədilə rejimi hələ qoruyacaqlar. ABŞ-nin İraqı və Əfqanıstanı işğal etdiyi zaman İran işğala maksimum dəstək verib. Hazırda İsrailin Türkiyəyə qarşı siyasətinin tərkib hissəsi olaraq İran rejimini qıcıqlandırırlar. Çünki İran uzun müddətdir ki, Türkiyəni İsraillə ticari əlaqələri kəsməməkdə ittiham edir. Həmçinin İsrail İranla Türkiyə arasında məzhəb fərqini qabardaraq agentura vasitəsilə hər iki ölkənin daxilində düşmən qüvvələr yetişdirməklə məşğuldur. ABŞ İsrailin işğallarına dəstək verməsə, Yaxın Şərqdə gərginliyi aradan qaldırıb tam sülhə təminat versə, bu zaman Türkiyənin də daxil olduğu ərəb - İslam birliyi ABŞ-yə ciddi dəstək verə bilər ki, Çin və Rusiya qarşısında davam gətirsin. Əks halda sözügedən ölkələr Çin və Rusiya ilə əməkdaşlıq edəcəklər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 04:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri