6 7 oyunçumuzun ayağında qıcolma yaranmışdı Norveç millisinin baş məşqçisi
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Norveç millisinin baş məşqçisi Stole Solbakken dünya çempionatının 2-ci turunda Seneqala qalib gəldikləri (3:2) görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, "Globo" onun oyunsonrası mətbuat konfransında dediklərini belə çatdırıb:
"Görüş çox çətin keçdi. Xüsusi ilə qarşılaşmanın son anları bitmək bilmirdi. Oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi. Bir neçə futbolçumuzun ayağında qıcolma yaranmışdı. Bu üzdən Fransa ilə oyundan əvvəl heyətdə bir sıra dəyişikliklər edəcəyik. Onları məğlub etmək istəmədiyimiz üçün deyil - oyunlar arasındakı fasilə çox qısa olduğundan fərqli bir heyətlə meydana çıxmalıyıq. Altı və ya yeddi oyunçumuz demək olar ki, yorğun idi. Biz hələ Qrinsboro şəhərinə, daha sonra isə Boston şəhərinə qayıtmalıyıq. Ona görə də növbəti oyun üçün heyəti təxmin etmək daha çətin olacaq. Bugünkü matçın sonunda düşdüyümüz şəraiti nəzərə alsaq, digər oyunçuların da şansı olacaq. Bu, belə də olmalıdır. Bəzi mövqelərimizdə çox rəqabət var".
Qeyd edək ki, Norveç üçüncü tur çərçivəsində Fransa ilə 26 iyunda qarşılaşacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 İyun 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















