Əvvəl Moskva polisi saxladı, sonra Ukraynaya əsir düşdü Foto
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Silahlı Qüvvələrinin tərkibində vuruşan Azərbaycan əsilli Gürcüstan vətəndaşı Elşad İsmayılov Ukrayna ordusuna əsir düşüb.
“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı Elşad İsmayılov əvvəllər Tbilisidə yaşayıb.
Sonradan Rusiyaya köçən İsmayılov bu il iyunun 25-də parkda yaşadığına görə Moskva polisi tərəfindən saxlanılıb. Moskva hərbi komissarlığında o, Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzalayıb.
Məlumata görə, bu il sentyabrın 28-də İsmayılov “Özbək” ləqəbli digər hərbi qulluqçu ilə birlikdə hücum əməliyyatına göndərilib. Onun sözlərinə görə, döyüş yoldaşı hücum əməliyyatında iştirak etməmək üçün yolda özünü ayağından yaralayıb, İsmayılova isə hərəkəti tək davam etdirmək əmri verilib. O, oktyabrın 5-də marşrut üzrə hərəkəti davam etdirərkən Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb və hazırda bu ölkədə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















