Icma.az
close
up
RU
6 aylıq müharibənin heyrət doğuran nəticəsi: kim nə qazandı?

6 aylıq müharibənin heyrət doğuran nəticəsi: kim nə qazandı?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-la İsrailin birlikdə İrana qarşı başlatdıqları savaşın 6 ayı tamam olur. Doğrudur, hazırda hərb meydanında faktiki əməliyyatlar aparılmır, amma gərginlik pik həddə qalmaqda davam edir.

Bu yarım il ərzində Yaxın Şərqdə qüvvələr nisbəti, hərbi imkanlar və siyasi hesablamalar ciddi şəkildə dəyişib. ABŞ və İsrailin İranın hərbi və nüvə infrastrukturuna zərbələri ilə başlayan müharibə artıq yalnız raket və hava hücumlarından ibarət deyil. Qarşıdurma iqtisadi təzyiq, dəniz blokadası, enerji bazarları və xüsusilə Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizə mərhələsinə keçib. Altı ayın sonunda isə tərəflərdən heç biri qarşı tərəfi tam kapitulyasiyaya məcbur edə bilməyib və münaqişə getdikcə daha çox uzunmüddətli qarşıdurma xarakteri alır.

28 fevraldan başlayan bu müharibə İran üçün ağır itkilər və ciddi iqtisadi təzyiqlərlə, ABŞ və İsrail üçün isə böyük hərbi üstünlüyə baxmayaraq, Tehranın müqavimət imkanlarını tam aradan qaldıra bilməməsi ilə yadda qalmaqdadır. İranın ali rəhbərliyində dəyişiklik baş versə də, hakimiyyət sistemi hələ də ayaqdadır. Vaşinqton isə sanksiyalar və iqtisadi blokada vasitəsilə Tehranı geri addım atmağa məcbur etməyə çalışır.

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, beynəlxalq təcrübə göstərir ki, müharibə qısa müddətdə başa çatmırsa və tərəflərdən heç biri digərinə həlledici üstünlük əldə edə bilmirsə, münaqişənin nəticəsini proqnozlaşdırmaq da çətinləşir:

“ABŞ-İran qarşıdurmasında da hazırda məhz belə bir vəziyyət müşahidə olunur. Müharibə başlamazdan əvvəl İran ABŞ-la birbaşa qarşıdurmadan müəyyən qədər çəkinirdi. Hörmüz boğazında gəmiçilik nisbətən sərbəst və maneəsiz həyata keçirilir, qlobal enerji bazarlarında isə müəyyən sabitlik hökm sürürdü. Lakin müharibənin gedişində tərəflər öz hərbi imkanlarını və nəyə qadir olduqlarını nümayiş etdirdilər. İranın uzaqmənzilli raket imkanları xüsusilə diqqət çəkdi və müharibənin gedişinə təsir edən əsas amillərdən birinə çevrildi. Digər tərəfdən, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə baxmayaraq, İranın nüvə proqramını tamamilə dayandırmaq mümkün olmadı. Əksinə, İran raket sənayesini inkişaf etdirməyə və daha dayanıqlı müdafiə sistemi formalaşdırmağa çalışır. Bu gün əsas problem ondan ibarətdir ki, tərəflər arasında münaqişənin siyasi və diplomatik yolla dayandırılmasına dair real və davamlı təmaslar görünmür. Bu isə müharibənin taleyinin hələ də qeyri-müəyyən olduğunu göstərir.

Bəs altı ayın sonunda kim nə qazandı?

Əvvəlcə ABŞ-la bağlı fikrimizi ifadə etsək, demək olar ki, müharibənin bu qədər uzanması Vaşinqtona ciddi əlavə üstünlüklər gətirməyib. Əksinə, dünyanın ən böyük hərbi potensialına malik ölkəsi kimi ABŞ-ın imicinə müəyyən zərbə dəyib. ABŞ hərbi qarşıdurma ilə yanaşı, İranı iqtisadi cəhətdən zəiflətmək məqsədilə sanksiya siyasətini də daha da sərtləşdirir. Hətta İranla ticarət-iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı dollarla ödəniş sistemindən məhrumetmə və digər maliyyə məhdudiyyətləri ilə bağlı təhdidlər səslənir. Lakin burada bir paradoks da var. ABŞ dolları beynəlxalq maliyyə sistemində siyasi təzyiq vasitəsi kimi nə qədər çox istifadə edərsə, digər ölkələrin alternativ ödəniş mexanizmlərinə və valyutalara marağı da bir o qədər arta bilər. Bu isə uzunmüddətli perspektivdə dolların qlobal maliyyə sistemindəki mövqeyinə müəyyən təzyiq yarada bilər.

Bu baxımdan hesab edirəm ki, ABŞ-ın İranla genişmiqyaslı hərbi qarşıdurmaya başlaması strateji baxımdan Vaşinqtona gözlənilən üstünlükləri verməyib. Əksinə, müharibənin uzanması ABŞ üçün həm siyasi, həm də iqtisadi baxımdan əlavə risklər yaradır”.

Deputat hesab edir ki, İran üçün bu müharibə ilk növbədə dövlətçiliyi və suverenliyi qorumaq mübarizəsidir: “Əlbəttə, bu gün İranda iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Milli valyutanın dəyər itirməsi, sanksiyaların yaratdığı məhdudiyyətlər və Fars körfəzində gərginliyin davam etməsi ölkənin ticarət-iqtisadi əlaqələrinə mənfi təsir göstərir. Amma İranın əsas qazancı ondan ibarətdir ki, bütün bu təzyiqlərə baxmayaraq, dövlət idarəçiliyinin və siyasi sistemin davamlılığını qoruyub saxlaya bildiyini nümayiş etdirib. İran həm də hərbi imkanlarını qoruduğunu və uzunmüddətli müqavimət göstərmək potensialına malik olduğunu ortaya qoyub. Hörmüz boğazı da bu qarşıdurmada İranın əlində mühüm strateji təzyiq vasitəsinə çevrilib. Burada istənilən gərginlik yalnız tərəflərə deyil, bütün qlobal enerji bazarlarına təsir göstərə bilər. Ona görə də Hörmüz boğazında təhlükəsizliyin pozulması neft və qaz qiymətlərinin kəskin artmasına, logistika və sığorta xərclərinin yüksəlməsinə və nəticə etibarilə qlobal inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər. Nəticə olaraq, altı ayın sonunda ABŞ-İran müharibəsinin qalibi yoxdur. Tərəflərin hər birinin müəyyən üstünlükləri və itkiləri var. Ən böyük itki isə qlobal sabitlik və iqtisadi təhlükəsizlik baxımından yaranır.

Əgər tərəflər siyasi və diplomatik razılaşmaya nail ola bilsələr, bu, yalnız ABŞ və İran üçün deyil, bütün dünya üçün müsbət nəticə verə bilər. Çünki bu gün qlobal iqtisadiyyatın ən çox ehtiyac duyduğu amillərdən biri məhz sabitlik və proqnozlaşdırıla bilən enerji bazarlarıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Avqust 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri