Türkiyədə məşqçilərlə bağlı heyrət doğuran göstərici
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Türkiyə Superliqasında və 1-ci liqasında uğursuz nəticələr qazanan komandalar vəziyyətdən çıxış yolunu baş məşqçiləri istefaya göndərməkdə görüblər.
QOL.az xəbər verir ki, bu mövsüm həmin 2 çempionatda işdən çıxarılan mütəxəssislərin sayının çox olması diqqət çəkir. Türkiyə mediasının yaydığı xəbərə görə, hər iki liqada ümumilikdə 24 klub baş məşqçi dəyişikliyi edib.
Superliqada təmsilçilərindən 10 klub - "Beşiktaş", "Trabzonspor", "Alanyaspor", "Sivasspor", "Kayserispor", "Bodrum", "Adana Demirspor", "Konyaspor", "Kasımpaşa" və "Hatayspor" baş məşqçilərini istefaya göndəriblər.
Hətta "Hatayspor" klubu cari mövsümdə düz 3 dəfə baş məşqçisi ilə vidalaşıb. Klub əvvəlcə Volkan Demirel, daha sonra Özhan Palut, sonda isə Rıza Çalımbayla yolları ayırıb.
Türkiyə 1-ci liqasında da vəziyyət fərqli deyil. Burada 14 klub baş məşqçi dəyişikliyi edib. Həmin komandalar "Kocaelispor", "Keçiörengücü", "Alagöz", "Amed Sportif Fealiyyetler", "Ankaragücü", "Manisa", "Pendikspor", "Genclerbirliyi", "Boluspor", "Ümraniyespor", "Şanlıurfaspor", "Sakaryaspor", "Adanaspor", "Malatyaspor"dur.
Qeyd edək ki, hazırda Superliqanın 1-cisi 44 xalı olan "Qalatasaray", 1-ci liqanın lideri isə 35 xala malik "Kocaelispor"dur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 26 Dekabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















