Icma.az
close
up
RU
Müharibənin 3 ili: Münaqişədən kim qazandı, kim itirdi?

Müharibənin 3 ili: Münaqişədən kim qazandı, kim itirdi?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlanmasının 3 ili tamam olur. Üç il ərzində bu müharibə yalnız iki ölkə arasında silahlı qarşıdurma kimi qalmayıb, həm də qlobal siyasətə və iqtisadiyyata ciddi təsir göstərən genişmiqyaslı münaqişəyə çevrilib.  Bu gün, müharibənin ildönümündə, Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim etməyə hazırlaşır. Qoca qitənin məqsədi nədir? Avropa və Rusiya arasındakı gərginlik kimlərin maraqlarına xidmət edir? Üç il ərzində dünya bu münaqişədən nə qazandı, nə itirdi?

Bu barədə Moderator.az-a danışan politoloq Mehman İsmayılov deyib ki, Avropa ilə Rusiyanın arasında gərginliyin olması Birləşmiş Ştatların maraqlarına uyğun gəlir:

 “Birinci Dünya müharibəsində Avropa ilə Rusiyanı vuruşduran və ondan qalib çıxan Amerika Birləşmiş Ştatları oldu. İkinci Dünya müharibəsində Rusiya ilə Avropanı yəni kommunizmlə faşizmi  bir - birinə vurdurub qalib çıxan Amerika Birləşmiş Ştatları oldu. Yəni  Avropa ilə Rusiyanın arasındakı gərginlik Amerika Birləşmiş Ştatlarının milli çıxarlarına, strateji maraqlarına cavab verir. Ancaq Trampın Rusiya ilə yaxınlaşması və aqressora dəstək verməsi yəni Amerika Birləşmiş Ştatlarının bu gün apardığı siyasət qəti şəkildə rəsmi Vaşiqtonun qarşısına qoyduğu hədəflərə cavab vermir. Çünki indi Avropa İttifaqı birmənalı şəkildə Rusiyadan gələn təhlükənin qarşısını almaq üçün birləşmək zorundadırlar. Ukraynanın Rusiya tərəfindən  işğalı Avropanın, Türkiyənin, Çinin maraqlarına tamamilə ziddir. Təbii ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin başlatdığı bu siyasət kökündən yanlışdır. Aqressiyanın qurbanına yəni Ukraynaya  iqtisadi basqı qurmaq, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının öz marağına vurulacaq zərbədir. 1994-cü ilin 5 dekabrında Budapeştdə memorandum imzalananda, Ukraynanın ərazi bütövlüyünə və təhlükəsizliyinə üç dövlət-  Böyük Britaniya, Rusiya və Amerika qarant olmuşdu. Bugünkü gün o iki qarantın biri olan Rusiya Ukraynanın ərazilərini işğal edir, şəhərlərini dağıdır, dinc əhalini qırır. Digər tərəfdən isə Rusiya Ukraynanı iqtisadi cəhətdən öz köləsinə çevirmək istəyir. Əlbəttə ki, bu, yanlış siyasətdir”.

Politoloq vurğulayıb ki,  Avropa İttifaqının kifayət qədər iqtisadi potensialı vardır ki, Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünü müdafiə etsin. Həmin dövlətlərdən biri Türkiyə, digəri isə Çindir:

 “Əgər Birləşmiş Ştatlarla Avropa İttifaqı arasında münasibətlər pozulacaqsa, bu, Çinin işinə yarayacaqdır. Çin Avropa İttifaqı ilə ildə 700 milyard dollardan artıq ticarət dövriyyəsinə malikdir. Niyə Amerika ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşirsə, niyə Çin kimi nəhəng və müdrik ölkə bundan istifadə etməsin? Eyni zamanda, Çin Ukraynanın müdafiəsi və bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla yanaşı, Avropa İttifaqı ilə Çin arasındakı ticarət əlaqələrinin Çinin xeyrinə güclənməsi də diqqətçəkən amil olacaq”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri