6 min ton ev quşu isti hava səbəbindən tələf oldu
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransada davam edən güclü istilər heyvandarlıq sektoruna ciddi ziyan vurub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın kənd təsərrüfatı naziri Annie Genevard açıqlama verib.
O bildirib ki, ölkənin Bretan bölgəsində 6 min ton ev quşu isti hava səbəbindən tələf olub.
Nazirin sözlərinə görə, havanın temperaturu 40 dərəcəni keçdiyi üçün quşlar sərinləyə bilməyib. Hökumət quşçuluq təsərrüfatlarına ventilyasiya və soyutma sistemlərinin quraşdırılması üçün kredit ayıracaq, zərərin ödənilməsi ilə bağlı isə sığorta şirkətləri ilə danışıqlar aparılacaq.
Qeyd edək ki, Fransada iyunun ortalarından davam edən isti səbəbindən 109 nəfər həyatını itirib, məktəblər bağlanıb. Bəzi məktəb, xəstəxana və evlərdə binaları sərin saxlamaq üçün pəncərələr termal örtüklərlə bağlanıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 01 İyul 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















