60 milyon manatlıq kağız emalı zavodu tikiləcək
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt Sənaye Parkında daha bir müəssisənin karton və kağız tullantılarının təkrar emalından kağız istehsal etməsi nəzərdə tutulur.
Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata əsasən, "Sumqayıt kağız emalı zavodu" MMC-yə Agentliyin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.
İnvestisiya dəyəri 60 milyon manatdan çox olan layihə çərçivəsində illik istehsal gücü 90 min ton olacaq karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyə qədər rezidentlər Parka 5,6 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox iş yeri yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















