Zaur Psixiatriya Xəstəxanasında palata yoldaşını necə öldürüb? Təfərrüat
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında palata yoldaşı, 1993-cü il təvəllüdlü Miri İsmayılovu qətlə yetirən Zaur Mustafayevin məhkəmə prosesi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlinib.
Buna görə də Z.Mustafayev cinayət məsuliyyətindən azad edilib və onun
ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə olunmasına dair hökm çıxarılıb.
Məlum olub ki, paranoid şizofreniya diaqnozu ilə Gəncə Psixiatriya Xəstəxanasında müalicə alan Zaur, əvvəllər törətdiyi cinayət əməlinə görə cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyi üçün həbsxanada olmağın xəstəxanada olmaqdan daha asan olacağını düşünüb və buna görə də palata yoldaşını öldürmək qərarına gəlib.
O, bu niyyətlə ağır depressiya diaqnozu ilə müalicə olunan Mirini qolları arxa tərəfindən bağlanmış vəziyyətdə çörək yeyə biləcəyiniyoxlayacağını deyərək aldadıb.
İsmayılovun özünün razılığı ilə sonuncununun qollarını
hadisədən bir neçə gün əvvəl olduqları palatadakı çarpayılar üzərindəki 2 döşəyin kənarlarından dartıb sökərək özündə saxladığı iplə bağlayıb. Bundan sonra Mirini çarpayının üzərinə uzadan Zaur, onu kəndirlə boğaraq öldürüb.
Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində 2001-ci ildə Gəncə şəhərində bir nəfəri bıçaqla vurduğunu və həmin cinayəti törətməsinə görə məhkum olunduğunu deyib. .2008-ci ildə isə Rusiya Federasiyasında olduğu vaxt quldurluq cinayəti törətdiyi üçün 7 il müddətinə azadlıqdan edilib.
Cəzasını çəkdikdən sonra Gəncəyə qayıdan Zaurda əsəb xəstəliyi müəyyən edilib. 2025-ci ildə xəstəxanaya yerləşdirilən təqsirləndirilən şəxs həbsxana şəraitinin onun üçün daha asan olduğu qənaətinə gəlib.
Zaur ifadəsində bildirib ki, Mirinin əllərini arxadan bağladıqdan sonra ona siqaret, su və çörək verib. Miri də əlləri bağlanmış vəziyyətdə onun verdiyi siqareti çəkib, suyu içib və çörəyi yeyib.
Bundan sonra o, Miriyə qolları bağlı vəziyyətdə də su içə bilməsinə və siqaret çəkib yemək yeyə bilməsinə inandırıb.
Qeyd edək ki, Zaur Mirini boğub öldürdükdən sonra onu öz çarpayısına uzadıb və üzərinə adyal çəkib. O, bir müddət sonra orada çalışan tibb qardaşına əməlini etiraf edib. /Xitab24.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 18 Noyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















