Icma.az
close
up
RU
“600 məktəbdə direktorun olmaması təhsilin keyfiyyətinə birbaşa təsir edir” Ekspert

“600 məktəbdə direktorun olmaması təhsilin keyfiyyətinə birbaşa təsir edir” Ekspert

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda Azərbaycanda 600 məktəbdə direktor vəzifəsi boşdur. Bütün bunlara səbəb kimi mürəkkəb seçki prosedurları qeyd edilir.

Bəs direktorların seçilməsi prosesindəki bu problemlər məktəblərdə təhsilin səviyyəsinə necə təsir göstərir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda məktəb direktorlarının seçilmə mexanizminin yenilənməsi zərurəti uzun illər təhsil sistemində müşahidə olunan struktur və idarəetmə problemlərindən qaynaqlanır:

"Məktəb rəhbərliyinin keyfiyyəti təhsilin səviyyəsinə birbaşa təsir edən əsas amillərdən biridir. Direktorun idarəçilik bacarığı, qərarvermə qabiliyyəti, sosial mühit yaratmaq və pedaqoji kollektivi motivasiya etmək bacarığı məktəbin ümumi nəticələrinə, müəllim və şagird nailiyyətlərinə həlledici təsir göstərir. Məhz buna görə də Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə ciddi islahatlara başlayaraq, direktorların təyin olunması qaydalarını tamamilə yeniləyib. Yeni mexanizm artıq test mərhələsini istisna etməklə, yalnız qeydiyyat və müsahibə əsasında səriştəyə əsaslanan seçim modelini tətbiq edir.

Yeni sistemin əsas məqsədi idarəetmədə şəffaflığı artırmaq, məktəblərin rəhbərliyinə yalnız idarəçilik və liderlik qabiliyyəti olan şəxsləri gətirmək, eyni zamanda uzunmüddətli vakansiya problemini aradan qaldırmaqdır. Hazırda ölkədə 600-ə yaxın məktəbdə direktor vəzifəsinin boş qalması göstərir ki, əvvəlki çoxmərhələli, testə əsaslanan model praktik baxımdan səmərəli deyildi. Direktor seçiminin uzun çəkməsi, texniki prosedurların çoxluğu və müəyyən hallarda namizədlərin test mərhələsində sırf nəzəri suallarla kənarda qalması nəticəsində məktəblər rəhbərsiz qalırdı. Yeni qaydalar bu baryeri aradan qaldırır və real idarəetmə bacarığına, etik davranışa və sosial liderliyə malik namizədlərə üstünlük verir".

O əlavə etdi ki, “Təhsil haqqında” Qanunun 27-ci maddəsinə əsasən, ümumi təhsil müəssisəsinin rəhbəri məktəbin fəaliyyətinə, tədris prosesinin keyfiyyətinə və idarəetmə resurslarının səmərəli istifadəsinə görə məsuliyyət daşıyır:

"Bu baxımdan, rəhbərin seçimi sırf bilik yox, həm də idarəetmə bacarığı əsasında aparılmalıdır. Yeni qaydalarda qeyd olunur ki, direktor vəzifəsinə namizədlər əvvəlcə elektron qeydiyyatdan keçir, daha sonra müsahibə mərhələsinə dəvət olunur. Bu proses rəqəmsal sistem üzərindən aparılır, bu isə şəffaflığı və nəticələrin obyektivliyini təmin edir. Müsahibə mərhələsində namizədin liderlik qabiliyyəti, qərarvermə bacarığı, pedaqoji və sosial mühitə münasibəti, problem həlli, emosional sabitlik, innovasiyaya açıq olması kimi səriştələr qiymətləndirilir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri