Müəllimin maaşı saat hesabına deyil, təhsilin keyfiyyətinə uyğun olmalıdır Ekspert
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Təhsil sistemində əsas hədəf yalnız dərs prosesinin təşkili deyil, şagirdin real bilik və bacarıq qazanmasıdır. Bu baxımdan Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikirlər təhsildə məsuliyyət və nəticə anlayışını yenidən gündəmə gətirir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəm deyib.
O bildirib ki, nazirin səsləndirdiyi mövqe müəllimin rolunu inkar etmək yox, əksinə, təhsildə nəticəyönümlü yanaşmanın vacibliyini vurğulayır:
“Müasir təhsil sistemlərində müəllimin əsas göstəricisi sinfə daxil olmaq deyil, şagirdin bilik, bacarıq və inkişaf səviyyəsidir. Əgər şagird sistemli şəkildə öyrənmirsə, burada tədris metodlarının, motivasiyanın və müəllimin məsuliyyətinin də dəyərləndirilməsi təbii sayılmalıdır. Bu yanaşma müəllim peşəsinin nüfuzunu azaltmır, əksinə, peşəkarlığı ön plana çəkir. Nazirliyin mesajı ondan ibarətdir ki, maaş sadəcə saat hesabına deyil, təhsilin keyfiyyətinə uyğun formalaşmalıdır. Bu, müəllimlərin daim öz üzərində işləməsini və yeniliklərə açıq olmasını stimullaşdırır. Nəticədə isə həm şagird, həm valideyn, həm də cəmiyyət üçün daha keyfiyyətli təhsil mühiti formalaşır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:55 min müəllimin maaşı artırılıb
20 Noyabr 2024 15:51
55 min müəllimin maaşı ARTIRILIB
28 Dekabr 2024 10:28
Bu qədər müəllimin maaşı artırıldı
10 İyul 2025 11:28
6 saat işləyən müəllimin maaşı yüksək ola bilməz
11 Sentyabr 2025 14:55
Bu qədər müəllimin maaşı 35% artırılıb
30 İyul 2025 15:58
Baxış sayı:104
Bu xəbər 18 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları