Icma.az
close
up
RU
600 milyonluq super kompüter işə düşdü

600 milyonluq super kompüter işə düşdü

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin Kaliforniya ştatının Lourens Livermor adına milli laboratoriyası dünyanın ən güclü superkompüterini rəsmi olaraq işə salıb.“El Capitan” adını daşıyan layihənin maliyyələşməsinə 600 milyon dollar sərf olunub.

Bu haqda məqalə “Space” nəşrində dərc olunub.

“El Capitan” ABŞ-nin milli təhlükəsizliyi ilə əlaqədar bir sıra vacib tapşırıqların yerinə yetirilməsində, o cümlədən, 1992-ci ildə tətbiq olunan yeraltı sınaq qadağası şəraitində ABŞ-nin nüvə silahları arsenalının təhlükəsizliyinin təmin edilməsində istifadə olunacaq.

Əsas tədqiqat sahələrinə materialşünaslıq, yüksək enerji sıxlığı fizikası, nüvə məlumatları, silah sistemlərinin hazırlanması və digər məxfi tapşırıqlar daxildir.

Dünyada superkompüterlərin məhsuldarlığını qiymətləndirmək üçün istifadə olunan "High-Performance Linpack" (HPL) testləri zamanı “El Capitan” 1.742 eksaflops nəticə göstərib və bununla da dünyanın ən sürətli kompüteri olub.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri