Icma.az
close
up
RU
Məktəblərdə YENİLİK KONKRET

Məktəblərdə YENİLİK KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və Təhsil Nazirliyinin 11 aprel 2025-ci il tarixli  əmri əsasında informatika fənni üzrə yeni kurikulum təsdiqlənib. Sənədə göz gəzdirəndə görmək olur ki, fənnin məzmununa köklü dəyişikliklər edilib. 

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, sənədin girişində sonuncu kurikulumun 2013-cü ildə təsdiqlənməsi qeyd olunsa da, əslində bundan öncəki kurikulumun əsas tezisləri 20 il öncə, Dünya Bankının dəstəyilə hayata keçirilən layihə çərçivəsində hazırlanmışdı.

“Yuxarı siniflərdə müəyyən dəyişikliklər edilsə də, aşağı siniflərə ümumiyyətlə əl dəyilməmişdi. Dərsliklər də əsasən məhz həmin köhnə kurikulum əsasında yazılırdı.

Hazırda təsdiqlənən proqram yetərincə təkmildir. Demək olar ki, müasir çağırışların tələbləri nəzərə alınıb. İnformatikanın ümumi məsələləri ibtidai və ümumi orta təhsil səviyyəsində, xüsusi məsələlərin (alqoritmlər, proqramlaşdırma, verilənlər, e-hökumət, e-təhsil, e-səhiyyə, rəqəmsal imza, kriptovalyutalar, rəqəmsal pul və s) isə tam orta təhsil səviyyəsində verilməsi nəzərdə tutulub.

Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, süni intellektlə əlaqəli yeni müddəalar daxil edilib. Diqqət çəkən məqam həm də odur ki, informasiya təhlükəsizliyi tam yeni məzmun standartı olaraq qəbul edilib, bu sahə üzrə bilik və bacarıqlara ibtidai siniflərdən başlayaraq 11-ci sinfədək xüsusi yer ayrılıb.

Düşünürəm ki, bununla da informatika fənninin qarşısında duran əsas məqsədin reallaşdırılması, yəni şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini,  yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, eləcə də onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları əldə edə  bilmələri sahəsində bacarıq və vərdişlərin formalaşması daha da uğurla həyata keçiriləcək.

Burada daha bir diqqətçəkən məqam var.

Məlumdur ki ölkədə bir neçə ali təhsil müəssisəsi informatika müəllimi, riyaziyyat və informatika müəllimi ixtisasları üzrə kadrlar hazırlayır.

Düzü, bilmirəm bu təhsil müəssisələri yeni kurikulumun hazırlanmasında iştirak ediblərmi. Amma görünən odur ki, bu cür köklü dəyişikliyə məruz qalan kurikulumdan sonra informatika müəllimi ixtisası olan ali təhsil müəssisələrində də proqramlar tam yenidən işlənməlidir.

Ümid edirəm, BDU, ADPU və digər universitetlər tez bir zamanda  bunları nəzərə alacaqlar.

Əks halda, bu ixtisaslar üzrə universitetləri bitirənlərin yeni kurikulum üzrə tədris prosesini qurmaqda ciddi problemləri olacağı qaçılmazdır”, – Osman Gündüz qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:358
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri