Məhkəmə “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədovla bağlı qərar verib YENİLƏNİB
Icma.az bildirir, Sia Az portalına istinadən.
Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsində olan həbs qətimkan tədbiri uzadılıb. SİA-nın məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.
Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.


