Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Prezidentin Çində dövlət səfərinin pərdəarxası Bakının dünya nəhəngindən gözləntiləri nədən ibarətdir?

Prezidentin Çində dövlət səfərinin pərdəarxası Bakının dünya nəhəngindən gözləntiləri nədən ibarətdir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri, ABŞ ilə Çin arasında artan tarif müharibəsinin fonunda baş tutdu. Vaşinqton ilə Pekin arasında qarşıdurma getdikcə daha da gərginləşir və dayanmaq niyyətində deyil. Bütün bu mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan Prezidenti Çinə səfər edir, həftənin sonunda isə İran Prezidentinin Azərbaycana səfəri gözlənilir”.

“AzPolitika” bildirir ki, bunu politoloq Fərhad Məmmədov Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin əhəmiyyətini şərh edərkən qeyd edib.

İkitərəfli gündəliyə nəzər salan ekspert xatırladıb ki, keçən il imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat-logistika dəhlizlərinin dəstəklənməsi və qlobal nizamla bağlı ümumi yanaşmaya qədər geniş sahələri əhatə edir. “Bu müddət ərzində Bakı və Pekin bir çox rəsmi və özəl sektor nümayəndə heyətlərini qəbul ediblər”, - o əlavə edib.

Təhlilçi xatırladıb ki, bu günə qədər imzalanmış sənədlər əsasən bərpa olunan enerji sahəsinə investisiyalar və texnologiyalar üzrə əməkdaşlığı əhatə edir.

Bu əməkdaşlıqdan Azərbaycanın umacaqlarına gəlincə, F.Məmmədov qeyd edir ki, ən başlıcası – investisiyalar, birgə istehsalat imkanları, texnologiyalar və nəqliyyat marşrutları üzrə daşınan yüklərin həcminin artırılmasıdır: “Bu məsələlərdə Çinlə danışıqlar aparmaq çətin olur, çünki onların yanaşması əsasən ixracat və minimal idxal prinsipinə əsaslanır. Lakin dünya ticarətindəki hazırkı vəziyyət və ABŞ ilə qarşıdurma, Çinin ənənəvi yanaşmalarına təsir göstərə bilər. Çin sərhədindən Aİ məkanına qədər olan marşrutlarda yerləşən ölkələr – Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və İran – Çin üçün ən proqnozlaşdırılan tərəfdaşlardır”.

Səfərin gerçəkləşdiyi qlobal fona diqqət çəkən Fərhad Məmmədov vurğulayır ki, Azərbaycan tarif müharibələrindən kənarda qalır, heç bir münaqişəli qarşıdurmada tərəf deyil və infrastrukturun sahibi rolundadır. Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycan Asiya istiqamətində fəaldır, əlaqələrin dərinləşdiyi ölkələr Çinin strateji tərəfdaşlarıdır – Mərkəzi Asiya ölkələri, Pakistan, qismən ərəb monarxiyaları.

Politoloq bildirir ki, Şanxay Əməkdaşlıq Təşkilatı Çin üçün Asiyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm platformadır. “Azərbaycan bu təşkilatda iştirak səviyyəsini artırır. Bununla yanaşı, Azərbaycan Rusiya - Çin və İran - Çin formatlı münasibətlər fonunda özünü müstəqil subyekt kimi irəli çıxara bilmişdir. Azərbaycan müstəqil tərəfdaşdır və Çinlə münasibətlər üçüncü ölkələrlə münasibətlərdən asılı olmamalıdır”, - o qeyd edib.

Ekspert vurğulayıb ki, qlobal miqyasda proseslər necə inkişaf etsə də, Çin güc mərkəzlərindən biri olaraq qalacaq və Pekinlə yüksək səviyyəli münasibətlərə sahib olmaq vacib və zəruridir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri