Icma.az
close
up
RU
62 ildən sonra...

62 ildən sonra...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransada yeni qurulacaq hökumətə də inam yoxdur

Xarici siyasətdə uğursuzluq. Avropada dövlətin və prezidentin nüfuzunun quyunun dibinə düşməsi. Paytaxtda və əyalətlərdə sosial tələblərlə permanent tətillər, digər qonşu ölkələrə də sirayət edən “sarı jiletlilər” hərəkatı, “peyin inqilabı”. Afrikada, dənizaşırı ərazilərdə kütləvi hal alan etirazlar, müstəmləkə ölkələrində getdikcə daha cəsarətlə səslənən “Rədd ol” şüarları. Demokratiyadan təkhakimiyyətliliyə dönüş. Cari ildə Avropa parlamentinə və Milli Assambleyaya son seçkilərdə acınacaqlı məğlubiyyət...

Siyahı uzundur. Əslində, bu və ya digər uğursuzluqları bir dövlətin və yaxud bir siyasətçinin timsalında təsəvvür etmək çətindir. Bununla belə, reallıq ortadadır. Söhbət tarixi ənənələri olan Fransanın bugünkü acınacaqlı vəziyyətindən gedir. Yerli analitiklər, müxalifət partiyalarının təmsilçiləri isə ölkənin uğursuzluq zolağına düşməsinin məsuliyyətinin Makronun və onun komandasının üzərində olduğu qənaətindən çıxış edirlər. Həqiqətən də, məhz Yelisey Sarayının indiki sahibinin iki prezidentliyi dönəmində Fransa indiki aşağıdan aşağı səviyyəyə enib. Bu gün ölkə həyatının bütün sahələrində durum son dərəcə məyusedicidir...

Çıxılmaz görünən hökumət böhranı

Son iki ildə bir-birinin ardınca baş verən hökumət böhranları Fransanın bugünkü acınacaqlı vəziyyəti barədə konkret təsəvvür yaradır. Makron bəhs olunan dövrdə düz üç dəfə yeni hökumət qurmaq məcburiyyətində qalıb. Həmin hökumətlərin mövcud olma müddəti ən yaxşı halda bir il olub. Digər hökumət səkkiz ay duruş gətirib. Sonuncu Mişel Barnye hökuməti isə cəmi üç ay mövcud oldu.

Göründüyü kimi, Makronun qurduğu hökumətlərin mövcud olma müddəti getdikcə azalır. Sonuncu hökumət böhranı daha kritik bir vəziyyətdə baş verdi. İndi Yelisey Sarayı 1962-ci ildə Jorj Pompidu hökumətinin devrilməsindən sonra  uzun sürən və çıxılmaz görünən yeni hökumət böhranı ilə üz-üzə qalıb.

Analitiklərin Barnye hökumətini “ölü doğulan uşaq” kimi səciyyələndirmələrində böyük həqiqət payı var. Əslində, Barnyenin lap əvvəldən hökumət başçısı postuna gətirilməsinə hansısa bir əsas yox idi. Makron cari ilin sentyabrında Barnyeni qanunvericiliyi pozmaqla Baş nazir təyin etmişdi. Fransada  Konstitusiyaya görə, seçkilərdən sonra hökumət parlamentin yeni tərkibinə uyğun olaraq formalaşdırılmalı idi. Lakin Makron konstitusion tələblərə və demokratik prinsiplərə məhəl qoymayaraq yeni hökumətin formalaşmasını xeyli yubatdı və sentyabr ayında sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Barnyeni yeni Baş nazir təyin etdi. Makronun yeni hökuməti şəxsi iradəsi əsasında formalaşdırması siyasi narazılığı artırdı və bu narazılıq parlament etimadsızlığına qədər uzandı.

Hökumət böhranını şərtləndirən iqtisadi amillər

Barnye hökumətinin süqutunu şərtləndirən digər bir mühüm amil isə ölkədə iqtisadi-maliyyə durumunun kritik dərəcədə ağır olması ilə bağlıdır. Hazırda hansısa bir komandanın Makronun ikiillik prezidentliyi dönəmində üst-üstə qalanan iqtisadi-sosial poblemlərin öhdəsindən gəlməsi mümkünsüz görünür. İş o yerə çatıb ki, parlamentdə Barnye hökumətinə etimadsızlıqla nəticələnən 2025-ci ilin büdcəsinin müzakirələri ətrafında qalmaqallar hələ də səngiməyib. Belə gedişlə parlamentdə gələn ilin büdcəsini qəbul etmək mümkün olmayacaq.  Fransa mətbuatında yer alan xəbərlərə görə, solçuların və ifrat sağçıların dəstəklədiyi etimadsızlıq təklifi ilə dekabrın 4-də süqut edən hökumət dövlət borcları səbəbiylə çətin vəziyyətdə olan ölkədə bağlanma riskinə qarşı tədbir görməyə çağırış edib.

Devirilən hökumətin büdcəsinə cavabdeh olan nazir Laurent Saint-Martin TF1 kanalına verdiyi açıqlamada xüsusi qanun layihəsinin hazır olduğunu və bunun bağlanmanın qarşısını alacağını deyib. Təqdim olunması gözlənilən xüsusi qanun layihəsi hökumətin yeni kollegiyasına qədər gündəlik işlərin aparılmasına cavabdeh olan hazırkı hökumətə 2024-cü il büdcəsinə uyğun fəaliyyət göstərmək səlahiyyəti verəcək.

Ancaq xüsusi qanun layihəsinin qəbul edilmədiyi bir ssenaridə Makron bağlanma riskinə qarşı Konstitusiyanın 16-cı maddəsinə istinad edərək, parlamentdə müvafiq müzakirələr aparılmadan büdcə ilə bağlı addımlar ata biləcəyinin də anonsunu edib. Makronun bu mesajı çox doğru olaraq parlamentin əks düşüncəli çoxluğuna hörmətsizlik, demokratiyanın pozulması anlamında qəbul edilir.

Makron üçün tunelin sonunda işıq görünmür

Barnye hökumətinin devrilməsindən beş gün sonra Makron yeni Baş nazir tapmaq üçün məsləhətləşmələrə başlayıb. O, Yelisey Sarayında ardıcıl olaraq Liot qrupunun müstəqil deputatları, Marin Tondelyerin başçılıq etdiyi ekoloqlar, həmçinin Faby?n R?sselin ətrafındakı kommunistlər ilə görüşüb, hər qrupla bir saatlıq danışıqlar aparıb.

Öz düşərgəsi tərəfindən sıxışdırılan Makron Barnyeni 51 gün gecikmə ilə Baş nazir təyin etmişdi. Bu dəfə isə  tez qərar verməlidir. Potensial namizədlər arasında Fransua Bayru, Sebastyan Lekornu və Bernar Kaznövün adları hallanır. Fransua Bayru özünü bu çətin vəziyyətdən çıxmağa “kömək etməyə” hazır göstərir. Lakin onun namizədliyi solçular tərəfindən tamamilə rədd edilir. Müxalifətdə olan Jan-Lüc Melonşon isə sosialistlər Makronla müqavilə bağlayacaqları təqdirdə, “Yeni Xalq Cəbhəsi”nin onlarsız davam edəcəyi ilə hədələyir. O, dövlət başçısına güzəştlər təklif edən sosialistlərin rəhbərinin strategiyasını pisləyir.

Göründüyü kimi, Makron son dərəcə çətin durumdadır. Onun üçün tunelin sonunda işıq görünmür. Yeri gəlmişkən, Makronun postunu itirməsi ehtimalı da kifayət qədər böyükdür. Məlum olduğu kimi, sağçı “Milli Birlik” Partiyasının lideri Marin Le Pen hökumətə qarşı etimadsızlıq səsverməsində dəstək verərək Baş nazir Barnyenin vəzifədən uzaqlaşdırılmasında mühüm rol oynayıb. İndi isə Le Pen diqqətini Makronun impiçment proseduruna yönəldib...

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Dekabr 2024 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see476

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see314

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see264

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see249

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see248

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see233

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see228

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see203

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see195

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see178

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see177

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see171

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see169

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri