Icma.az
close
up
RU
Həsrətin Vüsallı günləri

Həsrətin Vüsallı günləri

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“2020-ci ilin 29 noyabrı. Mənə ömürlük kədər gətirən həmin gün. 5 il keçdi... Amma yolunu gözləyirəm, igid oğlum!”

Professor, şəhid atası Kamran Kazımov

Şəhidlik. Vətən və millət yolunda canından keçənlərin fəth elədiyi ən uca və müqəddəs bir zirvə. Bu zirvəyə ucalanlar günəş ömrü yaşamaqla heç zaman ölmürlər. Məhz 1990-cı ildə Lənkəranın Yuxarı Nüvədi kəndində dünyaya göz açan Vüsal Kamran oğlu Kazımova belə şərəfli ömür nəsib oldu. 44 günlük haqq savaşımızda qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna çevrilərək əl çatmaz, ünyetməz göylərə ucaldı.

Bəli, zəfər şəhidi baş leytenant Vüsal Kazımovun şərəfli ölümü onu torpağa gömülmədi, köç etdiyi yer könüllər oldu. Vətən sevdalısı indi beşinci ildir öz ulduzlu dünyasında qürur yerimizə dönüb. Böyük sevgi və məhəbbətə layiq olan zəfər şəhidinin vaxti ilə oxuduğu Lənkəran rayonunun M. Mirzəcanov adına məktəbində anım günü münasibətilə tədbir oldu. “Qarabağ Azərbaycandır” adlı bu tədbirə demək olar ki, Azərbaycanımızın hər yerindən gələnlər var idi. Ziyarətçilərin arasında olan Astara Pedaqoji Kollecinin kollektivi də ölümsüzlüyə qovuşan qəhrəman Vüsalın əziz xatirəsini dərin ehtiramla andılar. Belə ki, boya-başa çatdığı halal ailə ocağında oldular, yatdığı müqəddəs yeri ziyarət edib, məzarı önünə əklil qoyub və tər güllər düzdülər.

Vüsal Kazımov doğma kənd məktəbimdə orta təhsilini başa vurub Vətəninə, xalqına gərəkli olmaq üçün Lənkəran Dövlət Universitetinə daxil olub. Əla oxuması, nümunəvi davranışı ona yalnız hörmət qazandırıb. Təhsil aldığı “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” ixtisasını yüksək səviyyədə bitirib. İkinci ixtisas almaq məqsədilə yenidən həmin ali məktəbə üz tutub. Və burada qiyabı yolla "Mühasibat uçotu və audit" ixtisasına yiyələnib. Təhsili ilə bərabər, Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb.

Qəlbi Vətən eşqli, əzəli yurd yerimiz olan Qarabağımızın düşmən tapdağında qalmasına dözməyən Vüsal Kazımov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü gedib. Əlinə silah alıb müharibə meydanına girən andan baş leytenant yağının kabusuna çevrilib. Füzuli əməliyyatında, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə, erməni dığalarına sarsıdıcı zərbələr endirib. Daha sonra Şuşada ağır ölüm-dirim savaşında sözün əsl mənasında tarix yazıb. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayan igid komandir Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə son nəfəsinə qədər qəhrəmanlıqla vuruşaraq, şəhid olub əbədiyyətə qovuşub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla sevdalandığı Vətən torpağı öz oğlunu ağuşuna alıb.

Qısa həyat yolu mərdlik nümunəsi kimi tarixə yazılan baş leytenant Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", Xocavəndin və Füzulinin azadlığı uğrunda medallarına layiq görülüb.

Özündən sonra iki qızı hər şeydən əziz bildiyi Vətəninə yadigar qalıb. Nuray və Aynur. Onlar ataları ilə qürur duyur, onun kimi şərəfli ömür yoluna yön alıblar.

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri