641 yaşlı şirkətin 5 milyonluq şərabı oğurlandı
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyada oğrular məşhur şərab istehsalçısının anbarından təxminən 5 milyon avro dəyərində 30 min şüşə bahalı şərab oğurlayıblar.
Lent.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Hadisə Toskanada yerləşən “Marchesi Antinori” şərab istehsalı şirkətinin anbarında baş verib.
Məlumata görə, bazar gününə keçən gecə maskalı yeddi nəfər Kortona şəhərindəki anbara daxil olub. Onlar əvvəlcə siqnalizasiya sistemini sıradan çıxarıb, daha sonra minlərlə qutu şərabı iki yük avtomobilinə yükləyərək ərazidən uzaqlaşıblar.
Oğurlanan məhsullar arasında “Tignanello”, “Solaia” və “Guado al Tasso” kimi məşhur şərablar da var. Bu şərabların bir şüşəsinin pərakəndə satış qiyməti 150-500 avro arasında dəyişir.
Oğurluq hadisəsi bazar ertəsi səhər saatlarında işçilər anbara gəldikdə aşkarlanıb.
Təhlükəsizlik kameraları hadisəni qeydə alıb. Polis araşdırmalara başlasa da, şübhəli şəxslər hələlik saxlanılmayıb.
Şirkətin baş direktoru Renzo Kotarella şərab həvəskarlarını oğurlanan məhsulların tapılmasına kömək etməyə çağırıb.
Şirkət həmçinin alıcılara xəbərdarlıq edərək şübhəli satıcılardan və həddindən artıq ucuz qiymətə təklif olunan şərablardan uzaq durmağı tövsiyə edib.
Qeyd edək ki, “Marchesi Antinori” şirkəti 1385-ci ildə Florensiyada yaradılıb. Hazırda məhsullarını dünyanın 170 ölkəsinə ixrac edən şirkətin ötənilki gəliri təxminən 263 milyon avro təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 09 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















