65 jurnalist ödənişsiz göz müayinəsindən keçib FOTO
Icma.az, Modern.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, “Modern Media Qrupu" ilə Azərbaycan Tibb Universitetinin ortaq sosial layihəsi çərçivəsində jurnalistlər üçün ödənişsiz göz əməliyyatı təşkil olunur.
Modern.az xəbər verir ki, Azərbaycan oftalmologiyasının görkəmli nümayəndəsi akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində bu xeyriyyə aksiyası davam etdirilib.
Aksiya zamanı 65 jurnalist müayinələrdən keçirilib. Onların 10-a yaxını üzərində ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov və dosent Hafiz Qəhrəmanov tərəfindən müxtəlif göz əməliyyatları icra edilıb. Sosial layihə çərçivəsində media nümayəndələri üçün aksiyanın ikinci hissəsi mayın 10-da aparılacaq.
Xatırladaq ki, tanınmış oftalmoloq Qurban İsmayılov mütəmadi olaraq ödənişsiz aksiyalar həyata keçirir ki, bu sırada şəhid ailəsinin üzvləri, qazilər və müharibə veteranları xüsusi yer tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 29 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















