Icma.az
close
up
RU
İndoneziya 2032 ci ilə qədər ilk atom elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır

İndoneziya 2032 ci ilə qədər ilk atom elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

İndoneziya 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq strategiyası çərçivəsində 2032-ci ilə qədər ilk atom elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.

AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin energetika və mineral ehtiyatlar nazirinin müavini Yuliot Tandjung Nüvə Tənzimləməsi Agentliyinin İcraiyyə Komitəsinin iclasında məlumat verib.

Onun sözlərinə görə, nüvə enerjisi İndoneziyanın enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsində strateji rol oynayacaq. “Nüvə elektrik stansiyaları artıq son çarə deyil, milli enerji planlaşdırmasının vacib bir hissəsidir”, – deyə Tandjung bildirib.

Hökumətin planına əsasən, 2030-cu ilə qədər nüvə enerjisinin payı ölkənin enerji balansında 5 faiz, 2060-cı ilə qədər isə 11 faiz təşkil edəcək.

Nazir müavini həmçinin etiraf edib ki, layihə maliyyələşmə, tikinti qrafikləri və ictimai təhlükəsizlik kimi məsələlərdə bir sıra çətinliklərlə üzləşir. Bununla belə, o vurğulayıb ki, hökumət nüvə əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün risklərin azaldılması tədbirlərini, tənzimləyici nəzarəti və beynəlxalq əməkdaşlığı gücləndirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri