Icma.az
close
up
RU
65 yaşdan sonra iş müddəti necə uzadılacaq?

65 yaşdan sonra iş müddəti necə uzadılacaq?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Dövlət qulluğunda yaş həddinin uzadılması zamanı subyektiv halların aradan qaldırılması üçün konkret və aydın meyarlar müəyyənləşdirilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Əli Hüseynli bildirib ki, Dövlət Qulluğu Məcəlləsində sertifikatın qüvvədəolma müddəti ilə bağlı yanaşma dəyişdirilir. Onun sözlərinə görə, dövlət qulluqçusunun əsas məqsədi formal olaraq sertifikat almaq deyil, vəzifə öhdəliklərini yerinə yetirmək olmalıdır. Bu müddətdə onun fəaliyyəti də qiymətləndirilir.

O qeyd edib ki, əvvəlki yanaşmada beşillik sertifikat müddəti və onun yenidən alınması tələbi nəzərdə tutulurdusa, yeni qaydalarla sertifikatın qüvvədəolma müddətinə yenidən baxılır.

Deputat dövlət qulluğunda 65 yaş həddi məsələsinə də toxunub. Bildirib ki, bu norma dövlət qulluqçularına və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan şəxslərə tətbiq olunur. Bununla yanaşı, xüsusi dövlət qulluğu və məhkəmə hakimiyyəti kimi sahələrdə fərqli yaş məhdudiyyətləri mövcuddur.

Ə.Hüseynlinin sözlərinə görə, dövlət qulluğunda 65 yaşdan sonra xidmət müddətinin uzadılması ilə bağlı qərarlar konkret meyarlara əsaslanmalıdır. Bu baxımdan dövlət təltifləri və qulluq fəaliyyətinin qiymətləndirilməsi əsas götürülən göstəricilərdir.

O vurğulayıb ki, dövlət təltifləri və fəaliyyətin qiymətləndirilməsi obyektiv şəkildə müəyyənləşdirilə bilən faktlardır. Bu meyarlar yaş həddinin uzadılması zamanı qərarların əsaslandırılmasına və subyektiv yanaşmaların qarşısının alınmasına xidmət edə bilər:

“Dövlət Qulluğu Məcəlləsi qəbul edildikdən sonra dövlət büdcəsindən maliyyələşən digər sahələrdə də yaş həddinin uzadılması ilə bağlı qaydalar uyğunlaşdırılmalı, aydın və konkret meyarlar müəyyənləşdirilməlidir”.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Oktyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri