Icma.az
close
up
RU
İnsanlar niyə 65 yaşdan sonra pişik saxlamamalıdır

İnsanlar niyə 65 yaşdan sonra pişik saxlamamalıdır

Icma.az bildirir, Lent az portalına istinadən.

Elmi araşdırmalar göstərib ki, evdə pişik saxlamaq yaşlı insanlar üçün müəyyən risklər yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yaş artdıqca bir çox insanda ev heyvanı saxlamaq istəyi yaranır və bu seçim əksər hallarda pişik olur. Sakit, mehriban, uzun gəzintilər tələb etməyən bu tüklü dostlar həqiqətən də narahatlığı azaldır, emosional rahatlıq yaradır və təkliq hissini aradan qaldırmağa kömək edir.

ABŞ və İspaniyadan olan mütəxəssislərin apardığı araşdırma narahatedici tendensiyanı üzə çıxarıb. Alimlər 60 yaşlı insanın qan nümunəsini araşdıraraq onların təxminən 66 faizinin pişiklərin orqanizmində yaşayan toksoplazma paraziti ilə yoluxduğunu müəyyən ediblər.

Bu mikroorqanizm heyvanların bağırsaqlarında yaşayır və pişik qum qabının təmizlənməsi zamanı insan orqanizminə keçə bilər. Bundan əlavə, yoluxmuş pişiyin bağda gəzməsi nəticəsində tərəvəzlərin üzərinə düşən ifrazatlar yaxşı yuyulmadıqda da yoluxma riski yaranır.

Digər bir yol isə çiy və ya yaxşı bişirilməmiş ətin, xüsusilə də donuz ətinin qəbulu ilə bağlıdır. Güclü immun sisteminə malik insanlarda toksoplazmoz adətən ciddi təhlükə yaratmır və yüngül əlamətlərlə özünü göstərir: bədəndə yüngül ağrılar, limfa düyünlərinin böyüməsi, soyuqdəyməyə bənzər vəziyyət. Lakin yaşlı insanlarda vəziyyət tamamilə fərqlidir. Orqanizm artıq parazitlərlə əvvəlki kimi effektiv mübarizə apara bilmir və infeksiya daha aktiv şəkildə inkişaf edə bilər.

Tədqiqatçılar toksoplazmozla psixoemosional vəziyyət arasında da əlaqə aşkar ediblər. Yoluxmuş şəxslərdə davranış dəyişiklikləri, impulsiv hərəkətlərə meyil, psixi xəstəliklərin, o cümlədən şizofreniyanın inkişaf riski daha çox müşahidə olunur. Hətta bəzi yaşlı yoluxmuş insanlarda intihar düşüncələrinə meylin artdığı hallar da qeydə alınıb.

Pişik sahiblərinin bilməli olduqları vacib məqamlar:

Pişik qum qabını hər gün dəyişin və təmizlədikdən sonra əllərinizi mütləq yaxşı yuyun.

İstifadədən əvvəl tərəvəz və meyvələri, xüsusilə də torpaqdan yığılmış olanları diqqətlə yuyun.

Çiy ət yeməkdən, xüsusilə donuz ətindən çəkinin.

Yaşlı insanların qum qabı ilə təmasını minimuma endirməsi və küçə heyvanlarını evə gətirməməsi tövsiyə olunur.

Pişiklər hər yaşda sadiq və faydalı yoldaş ola bilərlər. Əsas məsələ gigiyena qaydalarına və ehtiyat tədbirlərinə riayət etməkdir ki, tüklü dost sağlamlıq üçün görünməz təhlükəyə çevrilməsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri