Icma.az
close
up
RU
65 yaşına çatan həkimləri təqaüdə göndərmək cinayətdir Professordan AÇIQLAMA

65 yaşına çatan həkimləri təqaüdə göndərmək cinayətdir Professordan AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə bildirib ki, regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir:

“Regionlarda həkim çatışmazlığı məsələsi xüsusilə aktuallığını qoruyur. Hesab edirəm ki, həkimlərin 65 yaşında imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. Bu məsələ hazırda müəssisə rəhbərlərinin səlahiyyətinə buraxılsa da, praktikada müəyyən neqativ hallara rast gəlinir. Halbuki regionlarda ciddi kadr çatışmazlığı mövcuddur və bu yanaşma daha çevik tənzimlənməlidir".

Həkimlərin 65 yaşında təqaüdə göndərilməsi nə dərəcədə düzgündür? Təqaüd yaşına gəlmiş həkimlər regionlarda kadr çatışmamazlığı olan yerlərə göndərilə bilərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirdi ki, səhiyyə sahəsində aparılan siyasətdə xeyli qüsurlar var:

"Gənc kadrların Almaniyaya, Fransaya, İngiltərəyə, qardaş Türkiyəyə axışması, digər tərəfdən də kifayət qədər təcrübəyə malik həkimləri işdən uzaqlaşdırmağımız həkim çatışmamazlığı yaradıb. Nəyin əsasında bu qərar verilib? Əslində görünən odur ki, bu qərarı verən şəxslər bunu düşünməyiblər, təhlil etməyiblər".

Mütəxəssis həkimlərin sertifikasiyası məsələsindən danışdı:

"Sertifikasiya imtahanlarında dəhşətli vəziyyət yarandı. Sertifikasiya imtahanı verə bilməyən şəxsi işdən çıxartdılar. İnsanlar bezdi, çox adam həkimlikdən getdi, ölkəni tərk etdi. Nəticədə də bu vəziyyət yaranıb. Görünür, bu gün Avropada, Almaniyada, Fransada, İngiltərədə olan həkim çatışmazlığı peşənin çətinliyinə görədir. Bu peşə həqiqətən ağır bir peşədir. Əgər onların öz kadrları çatsaydı, heç bizi yaxın buraxmazdılar. Sadəcə ehtiyacları var. Biz Azərbaycanda olanımızı dəyərləndirməliyik".

Adil Qeybullanın fikrincə, 65 yaşına çatan həkimləri təqaüdə göndərmək bir cinayətdir:

"Bu, adi bir işçi deyil, bu həkimdir, bu, genofondun sağlamlığının keşiyində duran şəxsdir, insanlara xidmət edir. Bunu siz niyə təqaüdə göndərirsiniz? Bu həkimləri heç olmasa müəyyən yaxın rayonlarda, həkim çatmayan yerlərdə, başqa sahələrdə istifadə etmək olardı, amma olmadı. Nə qədər adam tanıyıram ki, 65 yaşdan sonra işdən çıxarılıb, evdə oturub. Düşünürəm ki, bu məsələlər araşdırılmalı və buna son qoyulmalıdır. Əmək qabiliyyətini itirən şəxs, yəni işləmək istəməyən şəxs, pensiya yaşına çatıbsa, işləmir. Amma əmək qabiliyyətini saxlamış, təcrübəli adam işləməyə davam edirsə, niyə biz onun xidmətindən istifadə etməyək?"

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Fevral 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri