Icma.az
close
up
RU
670 bal toplayan tələbə qrup yoldaşını bıçaqlayıb

670 bal toplayan tələbə qrup yoldaşını bıçaqlayıb

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda Xəzər Universitetinin tələbəsi olmuş və qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin tələbə yoldaşları, yəni Xəzər Universitetinin tələbələri olmuş şəxslərin ifadələri dinlənilib.

Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin tələbə yoldaşı Rüstəm Rüstəmov onunla heç bir düşmənçilik münasibətinin olmadığını deyib:

"Fərid qrup yoldaşım Məhəmmədi bıçaqlayıb. Hadisə yerində olmamışam. Mənə bu barədə yoldaşım Kərim məlumat verib. Həm təqsirləndirilən, həm zərərçəkmişlə bir yerdə oxumuşuq. Fəriddən bu vaxta qədər onun hər hansı bir əqli və ya psixoloji cəhətdən probleminin olduğunu görməmişəm".

Şahid Kərim Nəcəfli isə bildirib ki, həm təqsirləndirilən şəxslə, həm də zərərçəkmiş tələbə yoldaşı ilə çox yaxşı münasibətləri olub:

"2022-cildən 2025-ci ilə kimi yaxın olmuşuq. Eşitdiyim odur ki, guya Fərid Əliyev Məhəmmədi anası ilə bağlı ittihamlar səsləndirdiyinə görə vurub. Fərid sakit bir adam idi, onda hər hansı bir qəribəlik hiss etməmişəm".

Digər üç şahidin isə məhkəməyə məcburi gətirilməsi üçün qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası martın 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqustunda Bakıda baş verib.

Hadisəyə Fərid Əliyevin anası və tələbə yoldaşının mesajlaşdığı ilə bağlı iddialar səbəb olub. O buna görə tələbə yoldaşı ilə mübahisə zamanı ona bıçaq zərbələri endirib.

Onu da qeyd edək ki, istintaq zamanı təqsirləndirilənin şübhələri ilə bağlı hər hansı bir fakt təsdiqini tapmayıb.

Məlumata görə, təqsirləndirilən Fərid Əliyev qəbul imtahanları zamanı 670 bal toplayaraq Xəzər Universitetinə qəbul olunub. Onun hadisəni törədən vaxt anlaqsız vəziyyətdə olduğu da üzə çıxıb. Buna görə də o, 1 saylı Ruhi-Əsəb Dispanserində məcburi müalicəyə cəlb olunub.

Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri