Icma.az
close
up
RU
Yanvarın 1 dən sürüclər yol vergisi ödəcəyək? Açıqlama

Yanvarın 1 dən sürüclər yol vergisi ödəcəyək? Açıqlama

Icma.az bildirir, Bakupost portalına istinadən.


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avtomobil nəqliyyatında sərnişin daşınmasının təkmilləşdirilməsi məqsədilə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması barədə fərman imzalayıb. Fond avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi (2026-cı il yanvarın 1-dən) və Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olma haqqı (2027-ci il yanvarın 1-dən) hesabına formalaşacaq.

Fərmanın imzalanmasından sonra sosial şəbəkələrdə gələn il yanvarın 1-dən avtomobil yanacağın görə yol vergisi tələb olunacağına dair müzakirələr aparılır. Maraqlıdır, vətəndaşlar doğrudan da benzin sərfiyyatına görə əlavə vergi ödəyəcəklər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakupost.az-a bildirib ki, vətəndaşlar benzin alarkən yol vergisi, aksiz və ƏDV-ni artıq ödəmiş olurlar:


“Məsələn, yağ alırsınız, elə bilirsiniz bu, ancaq məhsulun qiymətidir? Xeyr. Hər hansı bir məhsul alırsınızsa, onun içində vergilər var: 18 faiz vergi, işçinin xərci və s. Biz həmişə ödəyirdik, burada yeni bir şey yoxdur. Yol vergisi də, aksiz vergisi də, əlavə dəyər vergisi də benzin qiymətinin içərisindədir.Yəni biz benzin aldıqda, onu satan strukturlar ödədiyimiz puldan dövlət büdcəsinə vergi ödəyirlər. Xatırladığım qədər, yol vergisi 10 il əvvəl qiymətin içərisinə daxil edildi. Əvvəl texniki baxış zamanı verilirdi, sonra dəyişdirildi, yanacağın qiymətinə daxil edildi. Yəni, istehlak vergiləri - əlavə dəyər vergisi, aksiz, yol vergisi alış zamanı tutulur”.

Nəqliyyat ekspert Elməddin Muradlı da vurğulayıb ki, sürücülər üçün əlavə ödəniş nəzərdə tutulmayıb:

“Zatən benzinə və digər yanacaq növlərinə görə şirkətlər vergi ödəyirlər. Həmin vergidən vəsait tutulacaq. Sürücü burada heç nəyə əlavə pul ödəmir. Əvvəl yol vergisini biz ödəyirdik, amma sonradan dövlət başçısının qərarı ilə ölkəyə yanacaq gətirən, istehsal edən və satan hüquqi və fiziki şəxslər ödəməyə başladılar. Yəni o yol vergisini onlar ödəyir və illərdir bu sistem belə davam edir.Təzə bir vergi növü yaradılmayıb, sürücülərdən də heç kim heç nə tələb etmir”.


Lalə,
BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri