Icma.az
close
up
RU
7 ölkə təsdiqlədi: SSRİ Azərbaycana gəlir

7 ölkə təsdiqlədi: SSRİ Azərbaycana gəlir

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan 2025-ci ildə MDB məkanının idman mərkəzinə çevrilir – III MDB Oyunlarına 7 ölkə qatılır

News24.az Reporta istinadla xəbər verir ki, 2025-ci ilin payızında Azərbaycanın bir neçə şəhərində keçiriləcək III MDB Oyunlarına maraq artmaqdadır.

Artıq yeddi ölkə – o cümlədən ev sahibi Azərbaycan bu mötəbər turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. Bu məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yayıb.

Turnirin qeydiyyat mərhələsi davam edir və bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 1659 idmançı və ümumilikdə 2385 nümayəndə iştirak üçün qeydiyyatdan keçib. Yarışlara qatılan idmançılar 23 müxtəlif idman növündə mübarizə aparacaqlar.

Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3x3 və voleybol yarışlarında altı ölkə iştirak edəcək. Fərdi idman növlərində – güləş, boks, cüdo və taekvondo üzrə isə 100-dən artıq idmançı qeydiyyatdan keçib.

Xüsusi diqqətçəkən məqam odur ki, bu dəfə yarışlar təkcə Bakı ilə məhdudlaşmır. Oyunlar Azərbaycanın yeddi müxtəlif şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Bu da respublikanın müxtəlif bölgələrinin idman, infrastruktur və turizm imkanlarının həm MDB məkanı, həm də beynəlxalq aləmdə tanıdılması baxımından mühüm fürsət olacaq.

Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri üçün qeydiyyat aparılır. İkinci mərhələdə isə oyunlara xüsusi dəvət əsasında MDB-yə üzv olmayan ölkələrin də qatılması gözlənilir. Ümumilikdə isə yarışlara dünyanın 23 ölkəsindən 5500-dən çox iştirakçının cəlb olunacağı planlaşdırılır.

Bu Oyunlar həm idman diplomatiyası baxımından, həm də Azərbaycanın regional liderliyini və təşkilatçılıq bacarığını göstərmək baxımından mühüm hadisədir. Bu turnir təkcə idman yarışı deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə imicinin gücləndirilməsi üçün önəmli platforma olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri