Icma.az
close
up
RU
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? Rəsmi xəbərdarlıq

SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? Rəsmi xəbərdarlıq

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

SSRİ-yə məxsus yarım tonluq “Kosmos-482” stansiyasının yaxın günlərdə Yerə düşəcəyi barədə xəbərlər ictimaiyyətdə narahatlıq doğurub. İddia edilir ki, sözügedən kosmik gəmi Azərbaycana da düşə bilər. Bildirilir ki, aparat tamamilə quru üzərinə, güman ki, Misir, Suriya, Türkiyə və Azərbaycan ərazisinə düşə bilər.

Sovetin kosmik stansiyası Azərbaycana düşə bilərmi? Belə cisimləri havada vurub sıradan çıxarmaq və ya təhlükəsiz yerə yönləndirmək mümkündürmü?

Globalinfo.az-a danışan Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib ki, bu məsələdə yalnız NASA-ya inanmaq lazımdır:

“Məlumata görə, peykin qalıqları 10 mayda atmosferə daxil olacaq. Qeyd edim ki, sözügedən peyk 1972-ci il martın 31-də Sovet İttifaqı tərəfindən kosmosa atılmışdı. Müəyyən texniki nasazlığa görə, onunla əlaqə kəsilmişdi. İndi Yerə yaxınlaşıb. Baxmayaraq ki, materialı möhkəm metaldandır, atmosferdə kütləsini itirəcəyi ehtimal olunur. Bu səbəbdən qismən də olsa, yanacaq”.

Professorun sözlərinə görə, NASA peykin istənilən əraziyə düşə biləcəyini açıqlayıb:

“Heç bir ölkənin adı çəkilmir. Yerin istənilən ərazisi bu zərbənin altında qala bilər. Düşünün, Misirlə Azərbaycan arasında neçə dövlət yerləşir?! Suriya, İsrail, İordaniya, Fələstin, nəhayət, Azərbaycana çatmamış Ermənistan da var. Niyə onların adı çəkilmir? Bu məlumat saxtadır, sadəcə narahatlıq yaratmaq üçün yayılır. Ümumiyyətlə, kosmik aparatın Qafqaza düşmə ehtimalı azdır. Lakin ərazimizə gələrsə, Hava Hücumundan Müdafiə Qüvvələri onu vurmaq imkanlarına malikdirlər. Əslində, böyük sürətlə atmosfera daxil olan cismi havada vurub sıradan çıxarmaq mümkündür. Yerə düşməsi isə böyük fəlakətlə nəticələnər”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri