Bu ölkə Azərbaycana başsağlığı verdi
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Mətili Muğanın Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində mina hadisəsi nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verib.
Axar.az xəbər verir ki, bununla bağlı səfir Feysbuk hesabında paylaşım edib.
O bildirib ki, aprelin 14-də Füzuli rayonunda tank əleyhinə minanın partlaması nəticəsində baş verən faciə xəbərini dərin kədərlə qarşılayıb.
"Mərakeşin səfiri olaraq onun ailəsinə, həmkarlarına və yaxınlarına ən səmimi başsağlığımı bildirmək, həmçinin Azərbaycan hökumətinə və xalqına dərin hüznümü ifadə etmək istəyirəm", - o yazıb.
Qeyd edək ki, bu gün ANAMA əməkdaşı Mətili Muğan Rəfayıl oğlu (1995-ci il təvəllüdlü) xidməti vəzifələrini icra edərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Aprel 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















