Icma.az
close
up
RU
72 gün dağda qalanların möcüzəvi qurtuluşu

72 gün dağda qalanların möcüzəvi qurtuluşu

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Baku TV-də And dağları faciəsi haqqında araşdırma materialı yayımlanıb.

Bildirilib ki, 12 oktyabr 1972-ci ildə "Old Christians Club" reqbi komandasının gənc üzvləri Uruqvay hava limanında təyyarə gözləyirdilər.

Çilinin "Old Boys" komandası ilə oyuna hazırlaşan idmançılar pis hava şəraiti və komandanın kiçik büdcəsi səbəbindən Hərbi Hava Qüvvələrinin çarter reysi ilə uçmalı olurlar. Santyaqo şəhərinə uçan təyyarə pis hava şəraiti səbəbindən Argentinanın Mendoza şəhərində eniş etmək məcburiyyətində qalır. Hava düzəlməsə də, Argentina qanunlarına əsasən, hərbi təyyarələrin 24 saatdan çox qalması qadağan olunduğundan təyyarə uçmağa məcbur olur. Santyaqoya asan çıxış üçün And dağlarının alçaq yamaclarından Çilinin Kuriko şəhərinə uçmaq qərarı verilir.

Dumanlı və buludlu hava şəraitində ekipaj üzvləri qarşılarındakı maneələri görmürlər və təyyarə üç dəfə dağlara çırpılır. Təyyarənin gövdəsi dağla sürüşərək maneəyə çırpılıb dayanır və bu, ekipajın çoxunun ölümünə səbəb olur. Xilas olunacaqlarını gözləyən insanlar axtarış təyyarəsinin başları üstündə uçduğunu görüb sevinirlər.

Lakin təyyarə qarla eyni rəngdə olan gövdəni və kömək istəyən insanları görmür. Aclıq getdikcə soyuqdan daha böyük problemə çevrilir. 10-cu gün qrup sağ qalmaq üçün meyitlərin ətindən istifadə etmək qərarına gəlir. Sağ qalanların yaxın qohumları istisna olmaqla digər meyitlərin ətindən istifadə edirlər.

Dekabrın 12-də xilas yolu axtaran gənclər - Nando Parrado və Roberto Kanessa yola düşürlər. 10 gün ərzində 60 kilometr məsafə qət edən gənclər çay sahilinə çatır və qarşı tərəfdə bir çoban görürlər. O, gənclərə çörək, pendir verir və ertəsi günə qədər gözləmələrini tapşırır. Çoban 10 saatlıq yol gedərək hərbi qarnizona çatır və gənclər haqqında xəbər verir. Ertəsi gün hərbçilər Nando və Robertonu xilas edirlər.

Qar əsirləri iki gün ərzində ərazidən çıxarılaraq xəstəxanaya çatdırılır. 1972-ci ildə qəzadan sağ çıxan "Old Christian Club" üzvləri "Old Boys" komandasına qarşı ləğv edilən matçı 40 il sonra - 2012-ci ildə keçirirlər.

Ətraflı süjetdə:

72 gün dağda qalanların möcüzəvi qurtuluşu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri