Icma.az
close
up
RU
65 yaşın mübarək, İlqar ağa!..

65 yaşın mübarək, İlqar ağa!..

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu dəfə sizə tanınmış qarmon ifaçısı, bəstəkar İlqar Kərimovdan danışmaq istəyirəm. O, 1960-cı ilin avqust ayının 21-də Şəkidə dünyaya gəlib. Səkkiz illik təhsilini Şəki şəhər 2 nömrəli məktəbdə alsa da, tam orta təhsilini Şəki şəhər 43 №-li texniki-peşə məktəbində başa vurub. 1979-1984-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsilə yiyələnib. 1978-1979-cu illərdə Şəki kolxozlararası tikinti idarəsində rəngsaz, 1984-1987-ci illərdə Azərbaycan SSR Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin təmir-tikinti sahəsində iş icraçısı, 1988-ci ildə “Azərkinovideo” İstehsalat Birliyində sahə rəisi, 1989-1991-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyinin təmir-tikinti idarəsinin rəisi, 1991-1996-cı illərdə “Azərkinovideo” İstehsalat Birliyinin təmir-tikinti trestinin müdiri, 1996-2016-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təmir-tikinti trestinin müdiri vəzifələrində çalışıb. 2016-cı ildən “İFAN” şirkətinin direktorudur...

Qürurludur, kübarlıq ona gendən gəlib. Ağayanə davranışı ilə dostlarının qəlbini fəth edə bilib, yanlarında xüsusi hörmət qazanıb. Ulu babası Əkbər aga Şəki İpək fabrikinin(sonradan kombinat adlandırılıb) sahibi olub. Onun həm də Telavidə də İpək fabriki vardı. İtaliya və başqa Avropa ölkələri ilə ticarət əlaqəsi saxlayırdı. Məşhur Şəki ipəyi onun adıyla bağlıdır...
1966-cı ildə- 6 yaşında olarkən, ilk dəfə qarmon aləti ilə məşğul olmağa başlayıb. İlk müəllimi Nurəddin Bədəlov, sonra isə Vaqif Mustafayev olub. 1976-1978-ci illərdə Şəkidə Şahid Əbdülkərimovun “Şəfa” ansamblında, 1979-1984-cü illərdə Bakıda Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Arzu” ansamblında, 1983-1986-cı illərdə əməkdar incəsənət xadimi Agası Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansamblında, 1979-1990-cı illərdə professor Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi “Günaydın” instrumental ansamblında, 1982-1989-cu illərdə “Meyxana” ansamblında və Baba Mahmudoğlunun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun “Dastan” folklor ansamblında qarmon ifaçısı olub...

Sakit təbiətli, mədəni, gözütox adamdır. Qəribə xüsusiyyəti var, heç zaman imkan verməz ki, o olan yerdə kimsə əlini cibinə salsın. Bir neçə dəfə qonaqlıqda olmuşuq. Hamısının da məsrəflərini özü ödəyib. Səxavətlidir...
Uzun illər Azərbaycan Televiziya və Radiosunun çəkilişlərində, dövlət tədbirlərində, böyük konsert salonlarında Azərbaycanın populyar müğənnilərini, o cümlədən xalq artistləri Baba Mahmudoğlunu, Teymur Mustafayevi, Səfa Qəhrəmanovu, İlhamə Quliyevanı, Gülağa Məmmədovu, Yalçın Rzazadəni, Qəndab Quliyevanı, Canəli Əkbərovu, həmçinin, Xədicə Abbasova, Nazim Agayev, Səyyad Əlizadə, Saleh Bədəlov, Süleyman Zeynalov, Rəna Axundova və Elçin Cəlilov kimi tanınmış müğənniləri müşayiət edib. “Qarmon məktəbini yaradan Əhəd” kitabının həmmüəllifi və bir sıra rəqs havalarının, müxtəlif musiqi kompazisiyalarının müəllifidir...

Onu sənətşünaslıq elmləri doktoru, professor, dostum Abbasqulu Nəcəfzadənin vasitəsi ilə tanımışam. Necə deyərlər, dostumun dostudur. Hər görüşümüzdə onun necə gözəl bir insan olduğunun şahidi olmuşam. Aramızda haqq-salam var, xətri mənim üçün çox əzizdir. Deyirlər, zadəganlıq nəsildən nəsilə ötürülür. Bu mənada İlqar Kərimova da ulu babasına olduğu kimi “ağa” deyə müraciət etmək olar. Avqustun 21-i İlqar ağanın 65 yaşı tamam olur. İnanıram ki, bu yubiley günündə onu təbrik edənlər çox olacaq. Həyat və yaradıcılığına yaxından bələd olanlar isə haqqında gözəl yazılar qələmə alacaqlar...

Hörmətli İlqar ağa! Yubileyiniz münasibəti ilə sizi təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, xoş müjdəli günlər arzulayıram!..

Hörmətlə, Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri