Icma.az
close
up
RU
78 il sonra Azərbaycan üçün tarixi fürsət

78 il sonra Azərbaycan üçün tarixi fürsət

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İran ətrafında artan siyasi gərginlik müharibə həddinə çatıb. 

Donald Trampın prezidentliyi dövründə İrana qarşı hərbi əməliyyatlara başlayacağına dair proqnozlar təsdiqə hər gün daha çox yaxınlaşır. İran rejiminin nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqlardan imtina etməsi ABŞ-ni hərbi varianta əl atmağa məcbur edir. ABŞ danışıqlar üçün diplomatik kanalları açıq saxlasa da, İran ətrafında ağır zərbə vasitələri yığmağa başlayıb. Pentaqon “USS CarlWilson” və “USS Harry S.Truman” təyyarədaşıyan gəmiləri Fars körfəzinə göndərilib. 

ABŞ-nin DieqoQarsiyadakı  hərbi bazada cəmlədiyi “B-2” bombardmançıları hər an  İranı vurmaq üçün havaya qalxa bilər. ABŞ-nin İrana aviazərbələrendirməsində daha çox maraqlı olan İsrailin də hərbi əməliyyatlarda iştirakı gözlənilir. ABŞ-nin hələ fevral ayında İsrailə 11 tonluq BOAMB (bütün bombaların anası) və “MK-84” bombalarını verməsi müharibəyə hazırlıq hesab edilir. Əgər İran nüvə proqramından imtina etmək barədə Prezident Trampın tələblərini yerinə yetirməsə, müharibə qaçılmaz görünür. Son məlumatların təhlili ABŞ-İsrail koalisiyasının “B-2”, “F-35”  və “F-22” təyyarələrindən İranın nüvə obyektlərinə adları çəkilən ağır bombalarla zərbə endirəcəyini deməyə əsas verir. Məqsəd İranın yeraltı nüvə tədqiqatı obyektlərini və ballistik raketlərin yerləşdirildiyi gizli anbarları məhv etməkdir.

Lakin İranın vurulması yalnız hərbi arsenalının və nüvə laboratoriyalarının məhv edilməsinə gətirib çıxartmayacaq. Aviazərbələrin İrandakı teokratik rejimin süqutuna gətirib çıxaracağı şübhə doğurmur. Sosial və siyasi narazılığın pik həddə çatdığı İranda xalqın hakimiyyətin müdafiəsinə qalxacağı inandırıcı görünmür. Paralel olaraq, xarici hərbi müdaxilə fonunda son vaxtlar İranda milli hüquq probleminin ön plana çıxması bu ölkənin parçalanmasına təkan verə bilər. Bu baxımdan, Güney Azərbaycanda milli hərəkatın fəallaşması diqqəti cəlb edir. 

1947-ci ildə Seyid Cəfər Pişəvərinin liderlik etdiyi dövlətin süqutundan 78 il sonra Cənubi Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması üçün siyasi şərait yaranıb. İranın vurulması bu prosesi sürətləndirə bilər. Hətta hərbi əməliyyatlar aparılmasa belə, milli məsələ İranın gələcək siyasi quruluşunu müəyyən edən amilə çevrilməkdədir. Xüsusilə bu prosesdə gənclərin daha aktiv yer alması İranın  böyük dəyişiklik astanasında olduğunu göstərir. 

Politoloq Xaqani Cəfərli “Cümhuriyət”-ə bildirib ki, İran ətrafında baş verən hadisələr Güney Azərbaycanın müstəqilliyini əldə etməsi istiqamətində böyük şans kimi dəyərləndirlməlidir. Çünki belə siyasi şanslar tarixdə nadir hallarda yaranır: “Müasir dövrdə dünya düzəni 70-80 ildən bir formalaşır. Hazırda formalaşmaqdaolan dünya düzəni də ən azı 75-80 il davam edəcək. Ona görə də Güney Azərbaycanın öz müstəqilliyini əldə etməsi həyati əhəmiyyət kəsb edir. 

Bu prosesin 80-100 il təxirə salınmasına imkan vermək olmaz. 1945-1946-cı illərdən fərqli olaraq, indi vəziyyət başqadır. Həmin dövrdə dünyada dövlətlərin sayı az idi. Xalqların öz müqəddaratını təyinetmə prinsipi beynəlxalq hüququn aparıcı təməllərindən birinə çevrilməmişdi. Ancaq İkinci Dünyan müharibəsindən bəri dünyada 100-dən artıq dövlət yaranıb.  

Artıq öz müqəddəratını təyinetmə beynəlxalq hüququn iki fundamental prinsipindən biridir. İkincisi, o dövrdən fərqli olaraq, Azərbaycanın müstəqil regional gücü olan dövləti yaranıb. İranda və digər ölkələrdə hakimiyyət dəyişikliyi bölgədə problemləri həll etməyəcək. Regionda sülhün və sabitliyin yaranması üçün bölgənin mənzərəsi dəyişməlidir. Bu isə İran yenidən şəkilləndirilmədən mümkün deyil. Bölgədə mövcud düzəni qoruyan və balanslaşdıran dövlət İrandır. İranın bütövlüyünün pozulması və xalqların öz müqəddəratını təyin etməsi bölgədə yeni dövlətlərin yaranmasına gətirib çıxaracaq. Bu da ən azı yaxın və orta perspektivdə sabit sülhə səbəb olacaq. 

Bu prosesdə Güney Azərbaycanın ən əsas təməl məsələ olduğu  hər kəs tərəfindən qəbul edilir. Çünki İran ərazisində Azərbaycan türklərindən böyük toplum yoxdur. Hətta bir çox elmi mənbələr Azərbaycan türklərinin sayına görə farslardan da çox olduğunu göstərir. Digər xalqlar kiçik və sayca az olduqlarına görə İrandakı siyasi proseslərə Azərbaycan türkləri qədər təsir göstərə bilməz. Bir sıra ekspertlərin fikrincə, İranın orta məmur təbəqəsinin 80-90 faizini azərbaycanlılar təşkil edir. Yəni Azərbaycan xalqı İran  dövlətinin onurğasını təşkil edir. Bu baxımdan, Güney Azərbaycan məsələsi müstəsna əhəmiyyətə malikdir”. O bildirib ki, son Novruz  bayramı İran xalqının bütövlükdə dini dəyərlərdən imtina etdiyini göstərdi:

”İstər Azərbaycan türkləri, istər farslar, bəlluclar, kürdlər Novruz bayramını daha şən keçirməyə çalışıblar. Hətta İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi də reaksiya verərək Həzrət Əlinin yaralanıb vəfat etməsi ərəfəsinə düşdüyünə görə şənliklərin çox olmasına etiraz edib. Bu hadisə İran yeni mərhələnin bir addımlığındadır. Rejim süngünün üzərində dayanır. O süngü kənar müdaxilə nəticəsində qırılsa, ilk növbədə, İslam İnqilabı Keşikçiləri Korpusunun əzilməsi dərhal xalqların öz müqəddəratını təyin etməsinin yolunu açacaq. Bu imkanı gerçəkliyə çevirmək Azərbaycan xalqının ən başlıca vəzifəsidir”. 

Qeyd edək ki, Güney Azərbaycanda “21 Azər Hərəkatı” nəticəsində yaranmış müstəqil dövlətin məhvi İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində formalaşmış nizamın nəticəsi idi. İndi isə həmin düzən dağılır. Bu baxımdan, Güney Azərbaycan məsələsi yenidən meydana çıxmağa başlayıb. 

Xaqani Cəfərli hesab edir ki, Güney Azərbaycan amili artıq mövcuddur. Onun reallaşması İranın güc aparatının dağılması və Güney Azərbaycan türklərinin öz müqəddəratını həll etməsi istiqamətində addımından asılıdır: “Hazırda dünyada İranın gələcəyi ilə bağlı iki yanaşma var. Birinci varianta görə, İran Güney Azərbaycan və Farsistandan ibarət ikidövlətli federasiyaya çevrilir. İranda yaşayan xalqlar da seçim edirlər, ya Güney Azərbaycanın, ya da farsların tabeliyinə keçirlər. İkinci variant İranın altı dövlətə bölünməsini nəzərdə tutur. Güney Azərbaycan türkləri, farslar, ərəblər, bəlluclar, kürdlər, türkmənlər öz dövlətlərini yaradırlar. 

Amma azərbaycanlılar və farslar istisna olmaqla, digər xalqların dövlətçilik təcrübəsinin olmadığını nəzərə alan siyasi beyin mərkəzləri daha çox ikidövlətli federasiya variantına üstünlük verir. Bu isə Avropadakı kimi federasiya və ya konfederasiya modelinə oxşar ola bilər. Federasiya modeli də keçid dövrü üçün nəzərdə tutulub. Amma istənilən variant Azərbaycan xalqının marağına uyğundur. İran ərazisində yaranacaq bütün dövlətlər dünyəvi olmalı, həmin xalqlar isə dünyəvi dəyərləri mənimsəməlidir. İranda yaşayan qeyri-fars xalqları Güney Azərbaycan türklərinin hansı qərarı verəcəyini gözləyir”.

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Güney Azərbaycan Milli Azadlıq Hərəkatı İranın parçalanması

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri