Icma.az
close
up
RU
Sülh üçün tarixi fürsət

Sülh üçün tarixi fürsət

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu gün Abu-Dabidə Azərbayan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü tarixi fürsət kimi qiymətləndirmək olar. Bu görüş indiyə qədər keçirilmiş müzakirələrin ən əhəmiyyətlisi sayılmaqla, tərəflər arasında sülh etimadının həlledici məqamıdır. Görüşdə sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə işçi qrupunun sədrlərinin iştirakı isə sülh paketinin bütün detallarının razılaşdırılmasında, o cümlədən İrəvan və Bakının Zəngəzur dəhlizinin açılmasında qəti iradə ortaya qoymaq niyyətini ifadə edir.
Artıq Bakı və İrəvan arasında inamlı etimad körpüsü bərqərar olmaqdadır. Paşinyanın bir neçə gün əvvəl Türkiyəyə səfəri və Rəcəb Tayyib Ərdoğanın tövsiyəsinə əsasən, bölgədə rifah və əməkdaşlığa can atması, kommunikativ dialoqlara səy göstərməsi sülh sazişinə daha bir neçə addım qaldığını söyləməyə əsas verir.
Regionda Azərbaycan, Türkiyə və Ermənistan üçbucağının formalaşması perspektivləri yaranıb və Bakı-Ankara-İrəvan xəttində ehtimal olunan anlaşma regionda siyasi geocoğrafi mühiti tamamilə dəyişdirir.
Paşinyan bu format qurucluğunda sülh prosesində ona qarşı kənar təzyiqlərin də demək olar ki, neytrallaşdırılmasına cəhdlər göstərir. Xüsusilə də, Fransa ilə yanaşı, son dövrlərdə daha da fəallaşan ruspərəsət qüvvələrin təhriklərinə qarşı Paşinyanın ölkə daxilində mütləq qəti addımlar atması, revanşizmin ideoloqu olan kilsənin təxribatlarını neytrallaşdırıması və sair proseslər də Rusiya və Qərb amili olmadan İrəvanın birbaşa ikitərəfli formatda sülh sazişinə yaxınlaşmanın akkordları kimi qəbul oluna bilər.
Sözsüz ki, bu reallıqların qurucusu və icraçısı Cənubi Qafqazın sabitlik yaradıcısı və regionun siyasi lideri İlham Əliyevdir. Azərbaycan Prezidentinin sarsılmaz qətiyyəti və dərin siyasi məharəti sayəsində bölgədəki siyasi düzənin yeni situasiyaları qurulur və Ermənistan hakimiyyəti də bunu qəbul edir.
Cənab İlham Əliyev siyasi gedişatların məkan və vaxtını çox dəqiqiliklə müəyyən edir, danışıqların Əbu-Dabidə keçirilmıəsi də coğrafi koordinasiyanın dəyişməsinə dəlalət etməklə regionun yeni landşaftının Azərbaycan tərəfindən qurulduğunu təsdiqləyir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 İyul 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri